İsmayıllıda regional seminar müşavirə keçirilib

27 sentyabr 2018-ci il tarixdə İsmayıllı rayonundakı “Qala” şadlıq sarayında “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində potensialların artırılmasına dəstək” mövzusunda regional seminar keçirilib. İsmayıllıda regional seminar müşavirə keçirilib
Seminar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Seminarda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin mərkəzi və yerli qurumlarının nümayəndələri, eləcə də Qeyri-Hökumət Təşkilatları, vətəndaş cəmiyyətləri, eləcə də ərzaq və kənd təsərrüfatı məhsullarının yerli istehsalçıları iştirak edib.
İsmayıllıda regional seminar müşavirə keçirilib
İsmayıllıda regional seminar müşavirə keçirilib
İsmayıllıda regional seminar müşavirə keçirilib
İsmayıllıda regional seminar müşavirə keçirilib
İsmayıllıda regional seminar müşavirə keçirilib
FAO layihəsi çərçivəsində hazırlanmış “Ərzaq israfı” adlı film nümayiş etdirilib və bu təşkilatın Azərbaycanda DİM-lərin tətbiqinə dəstəyi, “Regionda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi”, “Yerli idarələrin, qurumların fəaliyyəti, Dayanıqlı İnkişaf Məqsədlərin tətbiqində özəl sektorun rolu”, “Korporativ təşəbbüs nümunələri”, “Vətəndaş cəmiyyətinin Dayanıqlı İnkişaf Məqsədlərin tətbiqinə töhfəsi “ adları altında bir neçə müvəffəqiyyətli təcrübə nümunəsində müzakirələr aparılıb.
Seminarda qeyd olunub ki, FAO-nun Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək layihəsi çərçivəsində həyata keçirilən seminarlardan biridir. Layihə Təbii Sərvətlər və Həyat Elmləri Universitetinin (BOKU) texniki və elmi dəstəyi ilə həyata keçirilir.
Seminarın məqsədi ərzaq, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq və kənd yerlərinin inkişafı sahələrinə xüsusi diqqət yetirməklə, DİM-lərin icrasında regional və yerli maraqlı tərəflərin məlumatlılığını artırmaqdır.
Yerli ictimai-özəl-fərdi şəxslər arasındakı tərəfdaşlıqların DİM-lərin icrasının sürətləndirilməsinə verdiyi töhfə seminarın əsas müzakirə mövzusu olub.
Seminarı giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb, seminar iştirakçılarını salamlayıb və belə bir tədbirin İsmayıllı rayonunda keçirilməsinə görə FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Г‡akmaka, İqtisadiyyat nazirinin müavini Sevinc xanım Həsənovaya, Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbova öz minnətdarlığını bildirib, tədbiri aparmaq üçün sözü M.Г‡akmaka verib.
M.Г‡akmak tədbirin keçirilməsində məqsəd və qarşıda duran problemlərin həlli ilə əlaqədar məlumat verdikdən sonra Təbii Sərvətlər və Tibbi-Bioloji Elmlər Universitetinin İnkişaf Tədqiqatları Mərkəzinin (BOKU) nümayəndəsi Həmid El Bilali, FAO-nun proqram, Monitorinq və Qiymətləndirmə üzrə mütəxəssisi Natəvan Aslanova, Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri Həsən Quliyev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının hüquq şöbəsinin müdiri Xəqan Hümmətov, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov, “Azza-aqro”MMC-nin şöbə müdiri Nicat Vəliməmmədov çıxış ediblər.
Daha sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb və ətraflı fikir mübadiləsi aparılıb.
Seminarın sonunda S.Talıbov, M.Г‡akmak və M.Sadıqov seminar iştirakçılarına minnətdarlığını bildirib və belə əhəmiyyətli tədbirin keçirilməsində əməyi olan təşkilatlara təşəkkür ediblər.
Həsən Həsənov,
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru

Şərh Yaz