Məqsəd mütəxəssis yetişdirməkdir

17 sentyabr tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 2018-2019-cu tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov iştirak edib.
Məqsəd mütəxəssis yetişdirməkdir                         Məqsəd mütəxəssis yetişdirməkdir                         Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanıb, daha sonra kollecin direktoru dosent Kəmalə Süleymanlı qonaqları, müəllim və tələbələri, valideynləri salamlayıb, kollecə yeni daxil olan tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, müəllimlərimizin məqsədi Azərbaycan gəncliyini vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, onlarda dövlətçiliyə, dövlət rəmzlərinə, Azərbaycanın tarixinə və mədəniyyətinə milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ölkəyə, vətənə yararlı, ixtisasını dərindən bilən mütəxəssislər kimi yetişməsində əllərindən gələni əsirgəməməkdir.
RİH-nin rəsmisi M.Məhərrəmov müəllim və tələbə kollektivini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.
Kollecin rəhbərliyi adından müxtəlif ixtisaslar üzrə ən yüksək balla tələbə adını qazananlara hədiyyələr verilib.
Sonra Kollecin tələbələri Simuzər Salmanlı və Gövhər Umudova “Azərbaycan” və “Müəllim” şeirlərini söyləyiblər.
Şəlalə Abışova

Şərh Yaz