Torpağa, xalqa və rəhbərə sevgi

Hər bir millətin xoşbəxtliyi ən böhranlı məqamlarında onu xilas edəcək liderin ortaya çıxması və özünün müqəddəs, tarixi missiyasını uğurla yerinə yetirə bilməsidir.
Torpağa, xalqa və rəhbərə sevgiHər bir millətin xoşbəxtliyi ən böhranlı məqamlarında onu xilas edəcək liderin ortaya çıxması və özünün müqəddəs, tarixi missiyasını uğurla yerinə yetirə bilməsidir.Torpağa, xalqa və rəhbərə sevgi
Torpağa, xalqa və rəhbərə sevgi
Torpağa, xalqa və rəhbərə sevgi
Bu baxımdan ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və dövlətçiliyinin formalaşdırılmasında, tərəqqisində, indiki səviyyəyə çatmasında rolu həlledici və əvəzolunmazdır. Dahi insan Heydər Əliyevi təkcə hərtərəfli tarixi şəxsiyyət kimi yox, həm də böyük fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq lazımdır. Məhz onun ötən əsrin 90-cı illərinin yarısında bu nəhəng missiyasını reallaşdırması nəticəsində bu gün Azərbaycan bayrağı dünyanın ən əlamətdar mərkəzlərində, beynəlxalq arenalarında qürurla dalğalanır.
Dünyanın əksər ölkələrinin siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı və təkrarsızlığı ilə daim diqqəti cəlb edir. Ömrünü bütünlüklə xalqımızın, dövlətimizin inkişafına, rifahına həsr edən Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutaraq müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün fədakarlıqlarından bəhs edən cild-cild kitabların tərcümə olunaraq beynəlxalq aləmdə yayılması Azərbaycanın imicini daha da artırır. Г‡ünki həmin ünvanlarda Heydər Əliyevin adı çəkiləndə Azərbaycanın qüdrəti haqqında, Azərbaycan haqqında danışanda isə Heydər Əliyevin dahiliyi barədə hamı ağız dolusu danışır.
Zaman Heydər Əliyevin baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə sıx, möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini bütün maraqlardan üstün tutan vətənpərvər lider idi. Xüsusilə ömrünün son 10 ilində Heydər Əliyevin fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Yeni Azərbaycanın əsası qoyuldu. Gərgin iş rejiminin səhhətində problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı.
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” –“ deyən Ulu öndər heç də yanılmadı. Bu gün bütün Azərbaycan Heydər Əliyevlə öyünür, fəxr edir, ideyalarını davam etdirir. Dövlətimizi, dilimizi, milli mədəniyyətimizi, ədəbiyyatımızı, xalqımızı Ulu öndər qədər sevir və Prezidentimiz cənab İlham Əliyevi dəstəkləyir.
İsmayıllımızda da Ulu öndərə böyük sevgi və məhəbbət var. Hamı onu sevir. Dahi şəxsiyyətin ideyalarını bacardıqları sahədə yaşatmaqda yardımçı olurlar. Adına xiyabanlar, parklar, saraylar tikirlər. Dahi şəxsiyyət, böyük lider olmuş Ulu öndər Tanrının seçilmşlərindəndir. Azərbaycan xalqının baş ucalığı, fəxri, iftixarıdır. O, hər birimiz üçün mənalı, örnək olan həyatdır, mübarizə, qələbə nümunəsidir, ali və aqildir –“ Ulu, əbədiyaşar varlıqdır. Odur ki, hər il Ulu öndərin doğum və anım günləri ideyalarının nüfuz etdiyi bütün məkanlarda qeyd olunur, həyatı öyrənilir, “Heydər Əliyev dərsləri”, məşğələləri keçirilir, şərəfli adına həsr olunmuş çoxsaylı, müxtəlif məzmunlu tədbirlər təşkil olunur.
Bu yazının ərsəyə gəlməsinə səbəb torpağa, elinə və Ulu öndərə həmişə qəlbən sevgi göstərən bir həmyerlimizin dəniz səviyyəsindən 3200 metr yüksəklikdə, xalqın əsrlər boyu inam, inanc yeri olan Baba dağının ətəyində “Qurbangah” adlanan ərazidə Ulu öndərin anadan olmasının 95 illiyinə hədiyyə etdiyi xatirə bulağı oldu.
Bulaqdan axan suyun mənbəyi 700 metr aralıda yerləşir. Zaman-zaman bu məkana üz tutan, pənah gətirən adamlar dağın ətəyində dincəldikdən sonra hər şeydən öncə su ehtiyatlarını reallaşdırdıraraq zirvəyə qalxmağa qərar veriblər. O səbəbdən burada içməli sudan istifadə məsələsi həmişə ön planda olub.
Müstəqil Azərbaycanımızın memarı və qurucusu olan bu dahinin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənkeşliyi, qətiyyəti, müdrikliyi və xalqımızın xilaskarlıq missiyası kimi keyfiyyətləri bu bulaqdan su içən hər bir ziyarətçinin qəlbindən hər dəfə Ulu öndərə, onun ruhuna dualar oxunması, rəhmət söyləməsi qürurverici bir qüvvəyə çevriləcək. Bu sudan istifadə olunduqca, İsmayıllıdakı müqəddəs yüksəklikdə Ulu öndər anılacaq və bu məkana üz tutanların qəlbində bu əziz ad Baba dağının zirvəsinə qalxacaqdır.
Yurdumuzda xeyriyyəçi insanlar həmişə olmuş, bu gün də var, gələcəkdə də olacaqdır. Bu xeyriyyə bulağının yaradıcısı təvazökarlıq edib özü haqqında məlumat verilməməsini xahiş etsə də, barəsində bəzi məlumatları oxuculara çatdırmaq yerinə düşər.
İnsan özündən sonra gələn nəsillərin baxması üçün bir iz, görüb-götürməsi üçün pak əməllər, yaxşı nümunə qoyub getməlidir. Ulu öndər kimi verilən ömür payını, keçdiyi həyat yolunu vicdan və şərəflə yaşamalıdır. Sözügedən keyfiyyətləri daşımaq qanı, geni, əsli-nəcabəti, daxili dünyası xeyirxahlıqla, insanlara qarşı sevgi ilə dolu olanlar üçün asan bir işdir. Г‡ünki bu insani keyfiyyətlərin cəmi insanı halallığa, xeyirxahlığa, vətənpərvərliyə səsləyir, onu şərəf və vicdanla yaşamağa sövq edir.
Ramiz Abdulla oğlu Əliyevin keçdiyi həyat yoluna nəzər salıb, ömür kitabını vərəqləyərkən məhz belə düşünürsən. O, heç vaxt adlı-sanlı, şöhrətli olmağı qarşısına məqsəd qoymayıb, amma, həmişə sadə, xeyirxah, Vətənini, xalqını sevən bir vətəndaş olmağı düşünüb. Ramiz Haqqa tapınanların ucalığa, müqəddəsliyə getdiyi bir məkanda, Baba dağının ətəklərində qərar tutmuş Dvoryan kəndində, hamının hörmət görüb, hörmət bəslədiyi zəhmətkeş bir ailədə dünyaya göz açıb. Böyüklərindən –“ ata-anasından təvazökarlıq, sadəlik, səmimiyyət əxz edib, insanları sevmək, onlara gərəkli olmaq nümunəsi götürüb. Lahıc qəsəbə orta məktəbini bitirdikdən sonra inşaat mühəndisliyi ixtisası üzrə ali təhsil alıb. Qurub-yaratmaq, bacarığından nişanə qoymaq eşqi ilə yaşayan R.Əliyevin insanlara daha çox fayda vermək istəyi bu gün də onu rahat buraxmır. Bir yerdə, işsiz durmaq ona əzab kimi görünür.
Ramiz Əliyev əmək fəaliyyəti dövründə müxtəlif tikinti təşkilatlarında çalışıb, xeyriyyəçilik işləri ilə məşğul olub. Harada işləyibsə, işinə can yandırıb, kollektivin sevimlisi olub. İlin fəslinə – qara-yağışa, istiyə-soyuğa baxmayaraq görəcəyi işə ürəklə girişib, işləri vaxtında, keyfiyyətlə yerinə yetirib. Ömrünün bütün mərhələlərində yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirmiş Ramiz Əliyev dövlət və xalq birliyini hamı üçün nicat yolu bilir.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cı ilərinin əvvəllərində baş verən olaylar zamanı Ramiz çox narahat idi. Daim qaynar nöqtələrdə, insanların arasında olurdu. İmkanları çərçivəsində ehtiyacı olanlara maddi, mənəvi köməklik göstərirdi. Ən başlıcası, insanlara doğru yol göstərənlərlə bir olub, yeri gəldikdə təbliğat işi aparır, ölkənin, xalqın nicatının ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında olduğunu izah edirdi.
Arzuların çin olması çox qürurvericidir. Ramiz Əliyev hər il Ulu öndərin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışını ən əziz bayram kimi qeyd edir. Hər yerdə bildirir ki, bugünkü Azərbaycan o müqəddəs tarixdən – Ümummilli liderin doğma Vətəninə, Azərbaycan xalqına olan sonsuz məhəbbətindən doğulub.
R.Əliyev Ulu öndərin ideyalarına bağlı olan insanların dostu və sevimlisidir. Dahi şəxsiyyətin ideyalarını yaşadan və irəli aparan, gələcək nəsillərə ötürən insanlara xüsusi hörmət və məhəbbətlə yanaşır. Ramiz ailə üzvlərini, övladlarını məhz bu ruhda tərbiyə edib. O, söhbət zamanı bildirdi ki, Tanrı insanı yaratmaq üçün təbiəti, insan isə Tanrını yaşatmaq üçün dini yaradıb. Odur ki, bu xeyirxah insan rahatlığı həmişə əllərinin zəhmətində, haqqın tərəfini tutmaqda, onun yanında olmaqda görüb. Haqqa əl açıb dua edəndə istəyi əminamanlıq, Azərbaycanın çiçəklənməsi, Heydər Əliyev ideyalarının yaşadılması və tərəqqi etməsidir.
Arzuların çin olsun, xeyirxah əməllər, xoş arzular sahibi!
Hacıməmməd Məmmədov,
“Qızıl Qələm” mediya mükafatı laureatı

Şərh Yaz