2018-ci ilin II yarısında rayon üzrə tikintinin göstəriciləri

Rayonda iqtisadiyyatın digər sahələri ilə yanaşı tikintinin də öz xüsusi yeri var. Belə ki, rayonun tikinti müəssisələri tərəfindən öz gücləri ilə 3702,1 min manat həcmində tikinti işləri yerinə yetirmişlər. 2018-ci ilin II yarısında rayon üzrə tikintinin göstəriciləri                       . Bu ilin altı ayında yerinə yetirilmiş tikinti işlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 76,6 faiz və ya 12149,9 min manat az təşkil etmişdir.
Yerinə yetirilmiş tikinti işlərinin dövlət mülkiyyətində xüsusi çəkisi 56,2 faiz (əvvəlki ilin müvafiq dövründə 5,4 faiz), qeyri-dövlət mülkiyyətində 43,8 faiz (əvvəlki ilin müvafiq dövründə 94,6 faiz) təşkil etmişdir. Rayonda 2018-ci ilin altı ayında 4243,7 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas fondlar 2,0 dəfə çoxdur. Əsas fondların hamısı qeyri-dövlət mülkiyyətinin payına düşür.
Hesabat dövründə tikintiyə qoyulmuş investisiyaların həcmi də rayonda tikintinin inkişafında böyük rol oynayır. 2018-ci ilin altı ayında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 39387,6 min manat həcmində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 91,0 faiz çox investisiya yönəldilmişdir. Ümumi investisiyanın 24998,7 və ya 63,5 faizi dövlət mülkiyyətinin, 14388,9 və ya 36,5 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 92,1 faizini təşkil edərək 36275,2 min manat olmuşdur.
Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox olmuşdur. Tikinti-quraşdırma işlərinin 24755,6 və ya 68,2 faizini dövlət mülkiyyəti, 11519,6 və ya 31,8 faizini isə qeyri-dövlət mülkiyyəti təşkil edir. Hesabat dövrü ərzində rayonda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2107,0 kvadratmetr olan, əvvəlki illə müqayisədə 11,7 faiz və ya 280,0 kvadratmetr az yeni yaşayış evləri istifadəyə verilmişdir ki, bunlarında hamısı qeyri-dövlət mülkiyyətinin payına düşür. Rayonun sosial-iqtisadi inkişafına aid tədbirlər planının icrası uğurla həyata keçirilir. Belə ki, rayonda hal-hazırda tikinti, abadlıq işləri gedir və tikintisi layihələşdirilən obyektlər nəzərdə tutulub.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz