Mülki müdafiə məşqləri keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin 2018-ci il üçün təsdiq edilmiş “Mülki müdafiə tədbirləri planı”na uyğun olaraq 15 avqust 2018-ci il tarixdə İsmayıllı rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirilib.Mülki müdafiə məşqləri keçirilib            Tədbirlər planına əsasən Ağsu Regional Qaz İstismarı İdarəsinin İsmayıllı rayonu üzrə Xidmət Sahəsində, İsmayıllı Suvarma Sistemləri İdarəsində və İsmayıllı Paylayıcı Elektrik Şəbəkəsində mülki müdafiə qüvvələrinin hazırlığı yoxlanılıb.
Tədbirdə həyəcan siqnalı əsasında obyektlərin mülki müdafiə qüvvələrinin bilik və bacarığı yoxlanılmış, fövqəladə hallar zamanı insan həyatı üçün təhlükə yarada biləcək vəziyyətlərin aradan qaldırılmasında canlı və texniki qüvvələrin hazırlığına baxış keçirilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Eldəniz Mehdiyev, şöbənin əməkdaşları Sarvan Əsədov, Asim Atakişiyev və Rayon MM Qərargahının rəisi Vüqar Muradəliyev tədbirdə iştirak edib.
Tədbirin sonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-Qərb Regional Mərkəzinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Eldəniz Mehdiyev çıxış edərək obyektlərin şəxsi heyətlərinə mülki müdafiə işinin təşkili və hazırlanması ilə əlaqədar tövsiyə və tapşırıqlarını verib.
B.Xələfov

Şərh Yaz