İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

2018-ci il iyul ayının 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 9500 nəfər olmuşdur. Onlardan 6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3500 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə      Muzdla işləyənlərin 29,8 faizi təhsil, 26,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi sənaye, 7,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi tikinti, 8,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, 8,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 6,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2018-ci ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 285 manat olmuşdur. İqtisadiyyatın emal sənayesi (363,6 manat), maliyyə və sığorta fəaliyyəti (915,1 manat) orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Allahverdi Mirzəyev,
İsmayıllı Rayon Statistika İdarəsinin məsləhətçisi

Şərh Yaz