Dağ yamaclarında meşə və meyvə ağacları əkilir

İsmayıllı rayonunun Əhən, Talıstan və Lahıc bələdiyyələri, eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ərazisində GİZ-in “Cənubi Qafqazda biomüxtəlifliyin inteqrasiyalı idarə olunması Proqramı”nın polot layihəsi çərçivəsində torpaq eroziyasına qarşı mübarizə tədbirləri davam etdirilir.Dağ yamaclarında meşə və meyvə ağacları əkilir                Həmin ərazilərdə sürüşməyə meyilli yamacların, kənd yollarının mühafizəsi və yarğan eroziyasının qarşısının alınması məqsədilə müxtəlif ağac növlərindən ibarət yaşıllıqlar salınmış, yerli iqlimə uyğunlaşan və yamacbərkidici xüsusiyyətləri olan meşə və meyvə ağacları əkilmişdir. Meyvə ağacları əsasən qərzəkli meyvə bitkiləri olan qoz və fındıq bitkilərindən ibarətdir. Fəaliyyətlərin həyata keçirilməsində kənd əhalisinin könüllüləri fəal iştirak edib. Əhən inzibati ərazi dairəsi üzrə icra nümayəndiliyi, eləcə də Lahıc, Əhən və Talıstan bələdiyyələri layihənin həyata keçirilməsinə xüsusi köməklik göstərib.
Əkilmiş ağacların suvarılmasını təmin etmək təbii su mənbələrindən istifadə edilməklə cari ilin iyul ayında Proqrama uyğun olaraq damcılı suvarma sistemi quraşdırılmışdır. Yeni əkilmiş ağacların suya tələbatını və yerli iqlim şəraitini nəzərə almaqla hər bir əkilmiş sahə üçün lazım olan su həcmi hesablanmışdır. İsmayıllı rayonunun digər dağ kəndlərində də bu kimi tədbirlərin icrası nəzərdə tutulub.
Ş.Hüseynov

Şərh Yaz