“Qız övladlarının həyatı” mövzusunda tədbir

27 iyul 2018-ci il tarixində “Sağlam Gələcəyə Doğru” ictimai birliyinin “Qız övladlarının həyatı: Qız övladlarına qarşı ayrı-seçkiliklə mübarizə” adlı tədbir keçirilib. Tədbirdə rayonun təhsil, mədəniyyət işçiləri və gəncləri iştirak edib.“Qız övladlarının həyatı” mövzusunda tədbir                     Tədbiri giriş sözü ilə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq layihənin icraçısını və tədbir iştirakçılarını salamlayıb, mövzunun hazırkı vaxtla uzlaşmasını və gənclərin maarifləndirilməsində önəmini qeyd edib.
İctimai birliyin təlimçisi Pərvanə Məmmədova iştirakçılar arasında mövzu çərçivəsində sorğu aparıb, İştirakçılar sorğuya aid anket vərəqələrindəki suallara fikir bildiriblər.
Mövzu gənclər tərəfindən maraqla qarşılanıb. Tədbir müzakirə şəklində davam edib.
Nəsimi Teymurov

Şərh Yaz