Uğurlarınıza sevinirik

İsmayıllı rayonundan olan gənclər hər zaman Azərbaycanı, eləcə də doğma rayonu layiqincə təmsil edirlər.Uğurlarınıza sevinirik
Uğurlarınıza sevinirik
Uğurlarınıza sevinirik
Uğurlarınıza sevinirik
Uğurlarınıza sevinirik               Son 3 ayda gənclərimizdən bir neçəsinin əldə etdikləri uğurları qısaca paylaşmaq istərdim:
Pərviz Gidayev: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. ANAMA Planlaşdırma və İnkişaf Departamentinin rəisi Pərviz Gidayev “Tərəqqi” medalı ilə təltif edilib.
Nadir Adilov: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrin müavini vəzifəsinə təyin olunub.
Anar Bayramov: “Modern Group of Companies” MMC-yə baş direktor təyin edilib.
Asif Məmmədov: Ağır atletika idman növü üzrə Respublikanın baş məşqçisi olduğu yığma komanda 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyinin qalibi olub.
Vasif Əsədov: Ali məktəblərə qəbul imatahanlarında ən yüksək nəticəni əldə edib. 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunub.
Uğurlarınıza sevinir, sizi təbrik edirik, əziz həmyerlilər!
Taleh Salehov,
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi

Şərh Yaz