Jurnalistlər üçün yazı müsabiqəsi

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi və “İsmayıllı xəbərləri” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı region jurnalistləri arasında yazı müsabiqəsi elan edir.Jurnalistlər üçün yazı müsabiqəsi
Jurnalistlər üçün yazı müsabiqəsi
Jurnalistlər üçün yazı müsabiqəsi                                  Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. İki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına ən böyük və tarixi hadisə kimi daxil olub. Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Xalqımızın milli şüuru, milli təfəkkürü, özünüdərk dövründə maarifçilik hərəkatı, cümhuriyyət dövrü mətbuatımızın təbliğinin vacibliyi bu müsabiqənin keçirilməsi üçün əsasdır.
Xalqımız Azərbaycan Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi –“ may ayının 28-i Respublika Günü kimi qeyd edir. 2018-ci il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilməkdədir.
2018-ci ilin sentyabr ayından dekabrına qədər, 3 ay müddətində nəzərdə tutulan müsabiqədə region jurnalistləri iştirak edə biləcəklər. Mövzuya AXC dövründə Azərbaycan mətbuatının fəaliyyəti ilə bağlı müxtəlif araşdırmalar, reportaj və müsahibələr və s. aiddir.
Müsabiqənin əsas məqsədlərindən biri də jurnalistlərin Azərbaycan Xalq Cümhuriyyətinə olan münasibətini ictimaiyyətə çatdırmaq, Cümhuriyyət dövründə Azərbaycanda maarifçilik ənənələrinin, xalq maarifinin və mətbuatın inkişafına verilən təkanlar, cümhuriyyət dövrü mətbuatının fədailərinin təbliğidir.
Müsabiqəyə yazı qəbulu sentyabr ayının 25-dən, oktyabr ayının 25-ə qədər həyata keçiriləcək, noyabr ayında isə ən yaxşı yazı müəllifləri mükafatlandırılacaq.
Müsabiqənin şərtləri:
I. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər.
II.Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
– Materialların mövzunu əhatə etmə səviyyəsi;
– Faktlardan istifadə xüsusiyyətləri;
– İfadə vasitələrinin zənginliyi;
– Oxucu üçün informasiyalılıq dərəcəsi.
Yazıda “Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi və “İsmayıllı xəbərləri” qəzetinin“ “Azərbaycan Xalq Cümhuriyyəti –“ 100” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialın çalışdığı KİV-də dərc edilməsi şərt deyil.
III. Yazıların təqdim edilməsi;
Yazı sentyabr ayının 25-dən oktyabr ayının 25-ə qədər elgiz_gunes@mail.ru elektron ünvanına göndərilməlidir.
Mükafatlandırma:
Yazı müsabiqəsinin qaliblərinə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun diplom və qiymətli hədiyələri, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi və “İsmayıllı xəbərləri” qəzetinin“ Fəxri fərmanları təqdim olunacaqdır.
Əlaqə vasitələri:
E-mail: elgiz_gunes@mail.ru
Telefon: +(994) 050 764 85 97

Şərh Yaz