Təbrik edirik!

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı sevimli alim,
iqtisad elmləri doktoru, Əməkdar elm xadimi
Mirdaməd Mirsadıq oğlu Sadıqova

Ağsaqqallıq, böyüklük islam dünyasının, islam fəlsəfəsinin əxlaqi dəyəridir. Dəyərləri isə qoruyan, ucalıqda saxlayan, nəsillərdən-nəsillərə ötürən insanlardır, onların münasibətləridir. Təbrik edirik! Xoşbəxt o adamdır ki, uşaqlığında ata-anasının və böyüklərinin, cavanlığında özünün və ailəsinin, ixtiyar yaşlarında isə oğul-uşaqlarının nəcib adları, saleh əməlləri ilə nişan verilsin. Onu ömrünün müxtəlif mərhələlərində təmiz adla kiminsə övladı, atası, babası kimi tanısınlar.
Hörmətli Mirdaməd müəllim, Siz bu mənada xoşbəxt insansınız!
Siz Azərbaycan dövlətini qəlbən sevir, Heydər Əliyev irsinə sədaqət, ideyalarına yorulmadan xidmət edirsiniz. Sizin hər bir əməliniz ağsaqqal ədəb-ərkanına, xeyirxahlığa, insanlara sevgi və hörmətə bağlıdır. Biz bunun bariz nümunəsini 26 avqust 2018-ci ildə cənab Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın Lahıc qəsəbəsinə səfəri zamanı, camaatla görüşündə bir daha şahidi olduq.
Əziz dostum, qardaşım, uşaqlıq illərimin çiyindaşı Mirdaməd Mirsadıq oğlu Sadıqov, Sizi 68-ci doğum iliniz münasibəti ilə təbrik edir, dövlətçiliyimizin rifahı naminə fəaliyyətdə Sizə uğurlar diləyir, şəxsi həyatınızda uca Yaradanın şəxsinizə ayırdığı ömrü sağlam yaşamağı arzulayıram!
Allah hər işdə hər zaman köməyiniz olsun!
Allah Azərbaycanımızı, Prezidentimizi, Sizi və ailənizi qorusun!

Sən şərəf gətirdin doğma diyara,
Oldun rəhbər kimi hamıya əziz.
Ucalıq qazandıq, yetdik vüqara,
El yolu olacaq sən saldığın iz.

Öyünür səninlə Vətən, el, oba,
Nə xoşdur yaşamaq bu fərəh ilə.
Sən sevimli ata, qayğıkeş baba,
Arzumdur, çatasan yüz yaşa belə.

Sən xoş niyyətlisən, deyirəm hər gün,
Xeyirlə açılsın gələn sabahın.
Sərvətdir bizimçün mənalı ömrün
Əziz bəndəsisən böyük Allahın!

Dərin hörmətlə:
Məmmədov Hacıməmməd Mirzəməmməd oğlu
1 sentyabr 2018-ci il
Bu təbrikə “İsmayıllı xəbərləri” qəzetinin yaradıcı heyəti də qoşulur. Doğum gününüz mübarək!

Şərh Yaz