İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab xadimi Mirdaməd Sadıqova Hörmətli Mirdaməd müəllim!

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən müsabiqədə bizim birliyin “Şəhidlər ölmür” adlı layihəsi qalib oldu. Layihə şəhid polkovnik-leytenant Ağahüseyn Aslanovun xatirəsinə həsr edilmişdi. Layihənin əsas məqsədi fiziki sağlamlığı məhdud uşaqlara əl işləri öyrətmək, onların cəmiyyətə inteqrasiyası və vətənpərvərlik ruhu aşılamaq olub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab xadimi Mirdaməd Sadıqova  Hörmətli Mirdaməd müəllim!
Bu il Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən müsabiqədə bizim birliyin “Şəhidlər ölmür” adlı layihəsi qalib oldu. Layihə şəhid polkovnik-leytenant Ağahüseyn Aslanovun xatirəsinə həsr edilmişdi. Layihənin əsas məqsədi fiziki sağlamlığı məhdud uşaqlara əl işləri öyrətmək, onların cəmiyyətə inteqrasiyası və vətənpərvərlik ruhu aşılamaq olub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab xadimi Mirdaməd Sadıqova  Hörmətli Mirdaməd müəllim!Layihənin həyata keçirilməsi işinə şəhidin adını daşıyan İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbdən başladıq.
Təlimlərdə 24 uşağa əl işləri öyrədildi. Layihənin təqdimatı zamanı hazırlanmış əl işlərinin sərgisi keçirildi, fərqlənənlərə sertifikatlar təqdim olundu. Şəhidin ailə üzvləri, uşaqların valideynləri layihənin işindən razılıq etdilər.
“Şəhidlər güllə yarasından deyil, unudulduqda ölürlər”, – deyimi var. Bu layihə ilə neçə-neçə şəhidimizi yad etdik. Gənclərdə Vətənə sevgi hissi oyatdıq. Layihənin icrası zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin gündəlik qayğısını duyduq.
Hörmətli Mirdaməd müəllim, Sizə və rəhbərliyiniz altında ictimai-siyasi məsələlərə nəzarət edən şöbənizin əməkdaşlarına öz adımdan, təlimlərdə iştirak edən uşaqların və valideynlərinin adından təşəkkür edirəm.
Azadə Məmmədova,
“Bacarıqlı Əllər Dünyası” ictimai birliyinin sədri

Şərh Yaz