Ağsaqqallarla görüş

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vaxtaşırı olaraq ağsaqqallar, gənclər, ziyalılarla görüşür və tikinti-abadlıq-quruculuq işlərinin gedişini, yeni layihələri, ideoloji fəaliyyəti, sosial durumu onlarla müzakirə edir, inkişafın sürətlənməsi üçün yeni tədbirlər hazırlayır. Ağsaqqallarla görüş                                       Yeni Azərbaycan Partiyası rayon təşkilatının konfrans zalında RİH başçısı Mirdaməd Sadıqovun YAP rayon təşkilatının sədri Sevil Əhmədova ilə birgə 25 iyul 2018-ci il tarixdə ağsaqqallarla keçirdiyi görüş də bu məqsəddən irəli gəlirdi.
Görüşü giriş nitqi ilə açan Mirdaməd Sadıqov aparılan tikinti-abadlıq-quruculuq və xüsusilə Heydər Əliyev prospektindəki genişmiqyaslı təmir işləri barədə müfəssəl məlumat verib. Prezident İlham Əliyevin sərəncamlarının sürətlə və keyfiyyətlə icrasından danışıb. İnkişaf tempinin bir an da olsa zəifləmədiyini deyib. Bu proseslərdə ağsaqqalların, veteranların da fəal, ictimai iştirakını görmək istərdik. Ağsaqqal sözünə, düzgün ağsaqqal mövqeyinə həmişə ehtiyac vardır. Dövlət siyasətinin təbliğində, tərbiyə işində, gənclərin vətənpərvərlik tərbiyəsində hörmətli ağsaqqalların əməllə möhkəmlənən sözünə həmişə ehtiyac duyulur.
Əməkdar müəllim Şəfaqət Rəsulov və kənd təsərrüfatı veteranı Arif Cabbarov çıxış edərək rayonda gedən işlərə yüksək qiymət veriblər, bildiriblər ki, cənab Prezident İlham Əliyevin sərəncam, göstəriş və tövsiyələri, xalqın xidmətçisi olmaq tapşırığı İsmayıllıda məsuliyyətlə icra olunur. Biz də çalışmalıyıq ki, rayon həyatının müşahidəçisi yox, daha fəal iştirakçısı olaq.
Mirdaməd Sadıqov sözü, təklifi olan hər bir ağsaqqalı fərdi qaydada dinləyib, hər kəsin fikrinə hörmətlə yanaşıb.
G.Baxışova

Şərh Yaz