Sabitlik, əmin-amanlıq qorunur

Azərbaycan polisinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, 1918-ci ilin iyul ayının 2-dən başlayır. Ölkəmizin polis işçiləri bu il peşə bayramlarında tarixi günün 100 illik yubileyi ilə bərabər qeyd ediblər.Sabitlik, əmin-amanlıq qorunur
Sabitlik, əmin-amanlıq qorunur                                     Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.
Azərbaycan Polisi Günü İsmayıllıda hər il olduğu kimi, bu il də yüksək səviyyədə qeyd olunub. Rayon Polis Şöbəsinin şəxsi heyəti ilə bərabər rayon İcra Hakimiyyəti, hüquq mühafizə və ədliyyə orqanları rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyublar.
Tədbir Rayon Polis Şöbəsinin akt zalında davam edib. Şöbənin rəisi, polis-polkovniki Telman Ağasıyev peşə bayramının tarixi, Ulu öndərin Azərbaycan polisinə etibar və etimadı, cənab Prezident İlham Əliyevin polis sisteminə göstərdiyi qayğı, verdiyi qiymət barədə ətraflı danışaraq tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun təbriklərini şəxsi heyətə çatdırıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev polis işçilərini rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib.
Şəxsi heyətin fəallarına, veteran polis əməkdaşlarına Azərbaycan Respublikasının Daxili İşlər Naziri adından qiymətli hədiyyələr təqdim olunub.
Ş.Soltanov

Şərh Yaz