Qərargah iclasında

Yaşıllıqların mühafizəsi və şəhərdə abadlıq, təmizlik işlərinin aparılmasına nəzarətin gücləndirilməsi barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov idarə rəhbərləri və RİH başçısının aparatı işçilərinin iştirakı ilə qərargah iclası keçirib.
Başçı qeyd edib ki, yay mövsümünün ilk günlərindən başlayaraq havalar isti keçir. Ona görə də şəhərin park və xiyabanlarında, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarlarında salınmış yaşıllıqların qorunmasına və suvarılmasına diqqət artırılmalıdır. Hər bir idarə və təşkilat xidmət göstərdiyi yaşıllıq zolağında səliqə-səhman yaratmalı, ərazinin suvarılması və qorunmasını təmin etməli, qurumuş ağacları çıxarmalıdır. Boş qalan, yararsız hala düşən reklam lövhələri götürülməli, şəhər ərazisindəki çəmənlik və yaşıllıqlara qulluq, təmizlik işlərinin aparılması KMK-nın, şəhər İƏD üzrə nümayəndəliyin və İsmayıllı bələdiyyəsinin gündəlik diqqətində olmalıdır.
Təzəkənd, Diyallı, Talıstan və Cülyan İƏD-lər üzrə icra nümayəndələri, həmin kəndlərin bələdiyyələri ərazilərində salınmış yaşıllıqların qorunması üçün məsuliyyət daşıdıqlarını dərindən dərk etməlidirlər. Yol vermək olmaz ki, yaşıllıq salınmış ərazilər heyvanların otlağına çevrilsin.
RİH-nin başçısı Mirdaməd Sadıqov sözügedən məsələ ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilat rəhbərinə konkret tapşırıqlar verib, görülən işlərə nəzarət və qiymətləndirmə üçün məsul şəxs təyin edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz