Uğurlara imza atacağına ümid var

İyul ayının 24-də İsmayıllı bələdiyyəsi 2018-ci ilin 6 ayında gördüyü işlər barəsində şəhər sakinləri qarşısında hesabat verib.Uğurlara imza atacağına ümid var
İyul ayının 24-də İsmayıllı bələdiyyəsi 2018-ci ilin 6 ayında gördüyü işlər barəsində şəhər sakinləri qarşısında hesabat verib.Uğurlara imza atacağına ümid var                     Bələdiyyə sədri Pərviz Ağayev məruzəsində bələdiyyənin arxada qalan 6 ay ərzində həyata keçirdiyi işlərdən, bələdiyyə büdcəsinə daxilolmalardan, eləcə də gəlirlərin hansı istiqamətlər üzrə xərclənməsindən danışıb. O, İsmayıllı şəhəri ərazisində aparılan abadlıq, quruculuq işlərində, sosial infrastrukturun yaxşılaşdırılmasında özünüidarəetmə orqanı kimi bələdiyyənin də müəyyən rolu olduğunu vurğulayıb.
Görülmüş işlərin maliyyə imkanları daxilində olduğunu vurğulayan məruzəçi seçiciləri vergilərin ödənilməsində fəallıq göstərməyə dəvət edib və maliyyə imkanları artacağı təqdirdə mövcud problemlərin daha asanlıqla aradan qaldırılmasının mümkünlüyünü diqqətə çatdırıb.
Sədrin məruzəsi dinlənildikdən sonra bələdiyyə yanında Yerli iqtisadi-inkişaf və sosial məsələlər daimi komissiyasının sədri Şahməmməd Soltanov, Ekologiya məsələləri daimi komissiyasının sədri İsmayıl Tarverdiyev komissiyaların fəaliyyəti barədə açıqlama veriblər.
Şəhər sakinlərindən Cavanşir Sadıqov, Əlikram Hüseynov, Heybət Balayev, Mirələm Bəkirov, Aydın Kərimov və başqaları İsmayıllı bələdiyyəsinin işindən razılıqla danışıblar. İsmayıllı şəhərində son beş ildə gedən inkişafda ölkə prezidenti cənab İlham Əliyevin, rayon rəhbərliyinin diqqət və qayğısını hər an duyduqlarını bildirən sözçülər bələdiyyənin 2018-ci ilin birinci yarısındakı fəaliyyətini qənaətbəxş sayıb, görülmüş işlərə kafi qiymət verilməsi təklifi ilə çıxış ediblər.
Hesabat yığıncağında İsmayıllı şəhər sakini kimi rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova da iştirak edib. O, bələdiyyənin işdə yarada bildiyi müsbət dönüşü dəyərləndirərək, bələdiyyənin daha sevindirici uğurlara imza atacağına ümidvar olduğunu vurğulayıb.
Ülkər Əsədova,
İsmayıllı bələdiyyəsinin işçisi

Şərh Yaz