Məktəb psixoloqlarının bilik və bacarıqları artırılır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat ictimai birliyi tərəfindən icra edilən “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində məktəb psixoloqlarının iştirakı ilə 6 iyul 2018- ci il tarixdə İsmayıllı rayonundakı “Г‡inar” istirahət mərkəzində 2 günlük təlim keçirilib. Təlimə regionlardan olan 20 məktəb psixoloqu və Uşaq birliyi rəhbərləri cəlb ediliblər.Məktəb psixoloqlarının bilik və bacarıqları artırılırTəlimin ilk günü “Hüquq Dünyası” Hüquqi Təbliğat ictimai birliyinin baş katibi, layihə rəhbəri Zaur Quliyev tədbiri açaraq həyata keçirilən layihə, donor təşkilat barədə iştirakçılara məlumat verib, bildirib ki, keçirilən təlimə regionlardan 20 məktəb psixoloqu və uşaq birliyi rəhbəri cəlb olunub . Təlim zamanı müasir praktik psixoloji xidmətin aktual məsələlərinə uyğun mövzular tədris edilib, müxtəlif qiymətləndirmə formaları üzərində praktiki iş aparılıb.
İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, region psixoloqlarının bilik və bacarıqlarının artırılması baxımından faydalı olacağını qeyd edib.
Təlimçi-ekspert, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva çıxışında deyib ki, təhsildə psixoloji xidmətin məqsədi, vəzifələri və xüsusiyyətləri, sağlamlıq imkanları məhdud uşaqlarla, təhsildə şagirdlərlə psixoloji işin təşkili, məktəb psixoloqunun fəaliyyətinin əsas elementləri, psixoloji qiymətləndirmə və konsultasiya mövzularına dair təqdimatlar olacaq, müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparılacaq.
Təlimçi-ekspertin dəstəyi ilə təlimdə iştirak edən hər bir psixoloq fəaliyyət göstərdiyi məktəbdə və reablitasiya mərkəzində riskli davranışlara və zərərli vərdişlərə meyilli uşaqlara sosial-psixoloji xidmət göstərə biləcəkdir. Psixoloqlar uşaqlar arasında psixodiaqnostika işini apara biləcək və gördüyü işlər barədə qısa hesabat hazırlayıb təşkilatçılara göndərəcəkdir.
Təlim kursunun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Nəsimi Teynurov

Şərh Yaz