Sahibkar olmaq istəyənlər üçün

9 iyul 2018-ci il tarixdə “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qala” şadlıq sarayında “Sahibkar olmaq istəyirəm” mövzusunda təlim keçirib.Sahibkar olmaq istəyənlər üçün                     Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” ictimai birliyinin sədri Cavid Əliyev, ekspert Rəşad Nəbiyev, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri açan rayon İcra Hakimiyyətinin nümayəndəsi qonaqları salamlayıb, sözügedən sahə ilə bağlı rayonda görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra ictimai birliyin sədri iştirakçılara təşkilatın yaranma tarixi, gördüyü işlər və layihə haqqında məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərin bu sahədə maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.
Layihəyə cəlb olunmuş ekspert isə gənclərə sahibkarlığa başlamağın yolları, müraciət qaydaları və digər məsələlər barədə danışıb.
Müzakirə formasında davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. Tədbirin sonunda maarifləndirici bukletlər paylanıb.
Mehman Zeynalov

Şərh Yaz