Bələdiyyələr seçiciləri qarşısında hesabat verir

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 2018-ci ilin iyul ayı ərzində rayonun şəhər, qəsəbə və kənd bələdiyyələrinin 2018-ci ilinin birinci yarımilinin yekunları ilə əlaqədar seçiciləri qarşısında hesabat yığıncaqları keçirilir.Bələdiyyələr seçiciləri qarşısında hesabat verir                     Hesabat yığıncaqlarında bələdiyyələrin seçicilər qarşısında altı aylıq hesabatları dinlənilir. Hesabat yığıncaqlarında 2018-ci ilin birinci yarım ili ərzində bələdiyyələrin gördüyü işlər geniş müzakirə olunur, çatışmazlıqları, nöqsanları yaradan səbəblər təhlil olunmaqla, nöqsanları aradan qaldırmaq üçün qarşıda duran vəzifələr müəyyənləşdirilir.
Rayonun Aşıqbayramlı, Hacıhətəmli, Yuxarı Cülyan-Müdri, Qalacıq, Mollaisaqlı, Keyvəndi, Qubaxəlilli, Diyallı, Qoşakənd, Talıstan, Lahıc, Sulut, Sumağallı və Cülyan bələdiyyələri seçiciləri qarşısında hesabatlarını təqdim etmişdir. Hesabat yığıncaqlarında istər bələdiyyə üzvləri, istərsə də seçicilər tərəfindən ərazilərin mövcud sosial problemləri səsləndirilmiş və həlli yolları barədə təkliflər müzakirə edilmişdir. Hesabatları dinlənilən bələdiyyələrin yarımillik fəaliyyətləri seçicilər tərəfindən “kafi” qiymətləndirilmişdir.
Digər bələdiyyələrdə hesabat yığıncaqlarının keçirilməsi davam etdirilir.
Ehtiram Manafov

Şərh Yaz