Cümhuriyyətin irsi təbliğ edilib

“Türkiyə Universitetləri Məzunları” ictimai birliyi İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyilə İsmayıllı şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinin region gəncləri arasında təbliği” mövzusunda tədbir keçirib. Cümhuriyyətin irsi təbliğ edilib                         Toplantıda yerli icra hakimiyyətinin əməkdaşları, QHT fəalları, ictimaiyyət nümayəndələri və jurnalistlər və gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə iyulun 10-da Gəncə şəhərində şəhid olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni ifa olunub.
Tədbiri girş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açaraq, konfrans iştirakçılarını və qonaqları salamladı. O, çıxışına davam edərək bildirdi ki, İsmayıllı rayonunun Azərbaycan Xalq Cümhuriyyətinin tarixində və Cümhuriyyət dəyərlərimizin qorunub yaşadılmasında xüsusi yeri vardır.
“Türkiyə Universitetləri Məzunları” ictimai birliyinin sədri Г‡ingiz Bayramov AXC-nin varisi olan müstəqil Azərbaycan Respublikasının regionun lider dövləti olduğunu bildirib. Qeyd edib ki, Azərbaycandakı sabitlik, iqtisadi inkişaf, mədəni tərəqqi bəzi xarici qüvvələri narahat etdiyi üçün onlar vaxtaşırı təxribatlara əl atırlar. İyulun 10-da Gəncə şəhərində baş verən hadisələri bu konteksdən qiymətləndirən TUMİB sədri müdrik Azərbaycan xalqının ölkəmizin müstəqilliyini qısqanan xarici qüvvələrə layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Г‡.Bayramov qeyd edib ki, Azərbaycan xalqı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşdiyi üçün ölkəmizin müstəqilliyini hədəf alan bütün cəhdlər uğursuzluqla nəticələnəcək.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azərbaycanda sağlam mənəvi mühitin hökm sürdüyünü bildirib. Qeyd edib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdırma baş verməyib. S.Verdizadə bu siyasətin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini vurğulayıb.
Birliyin üzvü, Bakı Atatürk Liseyinin tarix müəllimi Müşfiq Əlizadə öz çıxışında AXC irsinə ətraflı işıq salıb. M.Əlizadə Azərbaycan xalqının qəhrəmanlıq ənənələri üzərində formalaşdığını deyib. Natiq AXC-nin yaranmasının 100 illiyinini silsilə tədbirlərlə qeyd edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev milli-mənəvi və dini dəyərlərimizin qorunması və inkişafı üçün görülən işlər, o cümlədən milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edərək yabancı adət-ənənələri də təbliğ etməyə çalışanlara qarşı aparılan mübarizə tədbirlərindən söz açıb.
Sevinc Novruzova

Şərh Yaz