Vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə – əsl şəxsiyyət yetişdirmək deməkdir

Bu gün Azərbaycan təhsili hər bir pedaqoji işçinin qarşısına vətənimizə yüksək bilik və bacarığa malik, cəmiyyətə xeyir verə biləcək şagird yetişdirmək vəzifəsini qoyur. Təhsil Nazirliyi 2017-2018-ci ili tədris ili kimi “Ümumi təhsildə keyfiyyət ili” elan etməsi ilə bütün diqqəti məhz bu sahəyə yönəltməyi məktəbin və müəllimlərin nəzərinə çatdırır.
Vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə - əsl şəxsiyyət yetişdirmək deməkdir Vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə - əsl şəxsiyyət yetişdirmək deməkdir Əslində, təhsildə keyfiyyət hər zaman ən vacib olan məsələdir. Lakin bəzən kəmiyyətlə önə çıxmaq, ad qazanmaq istəyi də məktəblərdən yan keçməyib. Hərtərəfli biliyə malik, geniş dünyagörüşü, zövqü, mədəniyyəti və zəngin mənəviyyatı olan insan həm özünün, həm də xalqının həyatında başqalarından seçilir. Bu keyfiyyətlər isə düzgün təhsilin, tərbiyənin, təlimin sayəsində qazanılır. Г‡ünki indi vacib məsələlərdən biri də, həm də çox aktual olan da soykökümüzlə bağlılıq problemidir.
Və hər şeydən vacib bir həqiqəti də qeyd etmək lazımdır ki, bəşəriyyət yaranandan maddi-mədəniyyət nümunələri ilə yanaşı, mənəvi dəyərlər sistemi də özünü göstərməyə başlamışdır. Və təbii ki, cəmiyyətin ali ideallar sistemini-mənəvi dəyərləri formalaşdırmaq həm ehtiyacı, həm də başqa heç bir canlıya xas olmayan böyük və dəyərli qabiliyyətidir.
Hər bir xalqın da özünəməxsus, əsrlərin süzgəcindən keçmiş, illər keçə-keçə püxtələşmiş, saflaşmış milli-mənəvi, əxlaqi dəyərləri vardır. Bu dəyərlər onu yaşadır, tanıdır, digər millətlər içində fərqləndirir.
Qürurverici haldır ki, gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi, qələbələrimizin, nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımız böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilmişdir.
Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətətnpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl və davamlı işlərin aparılmasının zəruriliyini irəli sürüb. Bəli, qərbin elm və texnologiyalarından bəhrələnmək vacibdir, lakin xalqımızın mənəvi aləmi o qədər parlaqdır ki, hər hansı yad düşüncə, özgə əxlaq tərzi ona kölgə sala bilər. Г‡ağdaş Avropa əxlaqına aludəlik xalqımızın minilliklər ərzində formalaşmış paklıq rəmzi olan mənəvi dəyərlərinə iflicedici təsir göstərə bilər. Nəticə daha faciəvi olar:
Milli-mənəvi köklər üzərində bərqərar olmayan toplum birliyini, bütövlüyünü və sonda Vətəni qoruyub saxlaya bilməz.
Müəllim ilk növbədə yaxşı insan, daha sonra bilikli mütəxəssis yetişdirməlidir. Elə insan yetişməlidir ki, o hər yerdə milli-mənəvi və bəşəri dəyərləri mənimsəmiş bir şəxsiyyət kimi fəaliyyət göstərsin, bazar iqtisadiyyatına, cəmiyyətdəki sosial-siyasi şəraitə asanlıqla uyğunlaşsın.
Bunun üçün də qarşıya bir çox problemlər qoyulur. Təbii ki, bu problemlərin düzgün və səmərəli həlli üçün dövlətimizin həyata keçirdiyi tədbirlər öz bəhrəsini verir.
Şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi vətəndaş tərbiyəsi deməkdir.
Məhz buna görə, gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyəsinə də böyük önəm verilir. Bu mənada Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (24 oktyabr 2013-cü il) və onun icrası ilə bağlı 2015-ci ildə təsdiq edilmiş Fəaliyyət Planı bütövlükdə təhsil sisteminin qarşısına mühüm vəzifələr qoymuşdur. Əlbəttə, bu vəzifələr lazımi səviyyədə məhz şəxsiyyətyönümlü təhsil prosesində yerinə yetirilə bilər. Strategiyada çox doğru olaraq qeyd edildiyi kimi: ”Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevrilir”.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramında Azərbaycan gənclərinin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 01 fevral 2017-ci il tarixli 12 nömrəli Azərbaycan TN-nin 08 fevral 2017-ci il tarixli 87 в„–-li əmri ilə hazırlanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərin gücləndirilməsi haqqında” birgə fəaliyyət planına uyğun olaraq İsmayıllı Rayon Təhsil Şöbəsinin Tədbirlər Planı hazırlanmış, təhsil müəssisələrinə tövsiyə xarakterli məktub göndərilmişdir.
Tədbirlər planında nəzərdə tutulan məsələlər geniş müzakirə olunmuş, görüləcək işlər və həyata keçiriləcək tədbirlər dəqiqləşdirilmiş, icra müddəti və məsul şəxslər müəyyənləşdirilmişdir.
Tədbirlər planına uyğun olaraq ilk növbədə ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavinləri, Uşaq Birliyi Təşkilatı rəhbərləri üçün seminarlar təşkil olunmuş, milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı, təbliği və tədris prosesi ilə əlaqələndirilməsi məsələlərini əhatə edən məruzələr oxunmuşdur.
Məsələ ilə bağlı rayonun əksər tədris müəssisələrində əsaslı işlər görülmüş, məktəb divar qəzetlərinin və bülletenlərin xüsusi nömrələri hazırlanmışdır.
Şagirdlərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı şəhər 5 nömrəli tam orta məktəbində ətraf məktəblərin nümayəndələrinin iştirakı ilə “Müasir gənclik və milli-mənəvi dəyərlərimiz”, “Cəmiyyətimiz və şəxsiyyətin formalaşması yolları”, Təzəkənd kənd tam orta məktəbində “Milli bayramlarımızın, milli dəyərlərimizin formalaşmasında rolu; “Milli-mənəvi dəyərlərimiz Bəxtiyar Vahabzadə yaradıcılığında”, Hacıhətəmli kənd tam orta məktəbində “Vətənpərvərlik mühüm mənəvi dəyərdir”, Kürdmaşı kənd tam orta məktəbində “İnformasiya –“ Kommunikasiya Texnologiyalarının tətbiqi və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi yolları, milli-mənəvi dəyərlərin təbliğində İKT-nin rolu” mövzusunda elmi-nəzəri konfranslar keçirilmişdir.
Talıstan, Cülyan, Qalınçaq, Topçu, İvanovka kənd, Lahıc qəsəbə tam, Talış, Gideyli, Tağlabiyan kənd ümumi orta məktəblərində “Heydər Əliyev milli-mənəvi dəyərlərimiz haqqında”, şəhərin tam orta məktəblərində, Buynuz kənd tam orta məktəbində “Mənəviyyatlı şəxs kimdir?” mövzusunda dəyirmi masalar, şəhər 6 nömrəli, Buynuz, Aşıqbayram Təzəkənd kənd tam orta məktəblərində “Milli bayramlarımızın nümunəsində xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması” mövzusunda disputlar keçirilmişdir.
Məlumdur ki, xalqımızın milli kimliyinin, özünüdərkinin formalaşmasında ən əhəmiyyətli rol oynayan sahələrdən biri də folklorumuzdur. Bu sahəyə də xüsusi diqqət yetirilmiş və nəticə olaraq Lahıc qəsəbə, Mollaisaqlı, Sumağallı, İvanovka, Hacıhətəmli kənd tam orta məktəblərində folklor kollektivləri yaradılmışdır. Folklor kollektivləri nəinki rayon, eyni zamanda Respublika əhəmiyyətli tədbirlərdə müvəffəqiyyətlə çıxış edərək milli-mənəvi dəyərlərimizin təbliğində özünəməxsus şəkildə pay qatmış olurlar.
Bütün bunlarla bərabər ümumtəhsil məktəblərində “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda söhbətlər təşkil edilmiş, “Adət-ənənələrimiz milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
“Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsinin məktəb və rayon turları keçirilmiş, qalib şagirdlərin yazı işi Respublika mərhələsində III yer qazanmışdır.
Respublika Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı təqdimat” müsabiqəsində şəhər 3 nömrəli məktəb-liseyin şagirdi İlknur Murad, “Ədəbiyyat biliciləri” Respublika müsabiqəsində şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Murad Ağazadə yüksək nəticə qazanmışlar.
Şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri Nigar Soltanova, Aysu Əsədova, Şöhrət Cəfərov, Səbinə Məmmədova və Zəhra Haşımlı Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun “Vətənin pərvəri ol” adlı şeir və rəsm müsabiqəsində yüksək hazırlıq nümayiş etdirmişlər.
Hər il olduğu kimi, ötən il də UGİM-nin 6 nəfər dərnək üzvü “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika müsabiqəsində I, II, III yerləri tutaraq müsabiqənin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar. Dekabr ayının 23-də Qəbələ şəhərində “Azərbaycan dramaturgiyası dünən və bu gün” mövzusunda keçirilmiş uşaq və gənclərin “Ana Yurdum Azərbaycan” adlı Respublika müsabiqəsində iştirak edən dərnək üzvləri kompozisiya üzrə I yer, şeir nominasiyası üzrə II-III yerləri tutmuş, fəxri fərman, kubok və qiymətli hədiyyələrlə mükafatlanmışlar.
Bundan əlavə, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin 13-15 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində keçirilmiş “Ekoloji təmiz məhsul” aqrobiomüxtəliflik mövzusunda məktəblilərin II Respublika müsabiqəsində də şagirdlərimiz uğurlu nəticələr əldə etmişlər:
1. Topçu kənd tam orta məktəbinin IX sinif şagirdi Şirəliyev Elsevər Zülfüqar oğlu –“ “Meşə məhsulları” nominasiyasında I yer;
2. İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi Dubrovina Marina “Arıçılıq məhsulları” nominasiyasında I yer;
3. Topçu kənd tam orta məktəbinin IX sinif şagirdi Mərdanov Şahin Dönməz oğlu “Dərman bitkiləri” nominasiyasında II yeri tutmuşlar.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
UGİM-nin dərnək üzvləri mart ayında İçərişəhərdə keçirilən “Qavaldaş” festivalının yarımfinalında uğurla iştirak edərək finala dəvət almışlar.
Ardıcıl uğurlar nəzərə alınaraq “Qavaldaş” festivalının final mərhələsinin İsmayıllı Rayon Uşaq –“ Gənclər İnkişaf Mərkəzinin binasında keçirilməsi müəyyən olunmuşdur. Bu festival iyun ayında keçiriləcək və bura Respublikanın bütün rayonlarından qonaqlar dəvətlidirlər.
Müəssisənin Təhsil Muzeyinə göndərdiyi əl işi digər rayonlardan seçilərək çox bəyənilmişdir.
Polşanın Torun şəhərində yerləşən Uşaqların Yaradıcılıq Mərkəzi və Qalereyasının təşkilatçılığı ilə uşaqların və gənclərin XXI Beynəlxalq Qrafika Müsabiqəsi təşkil olunmuşdur. Rayon təhsil müəssisələri arasında keçirilən müsabiqənin qalibi də mərkəzin dərnək üzvü oldu. Onun işi adı çəkilən müsabiqəyə göndərilib.
Şəhər 3 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi Mehdiyeva Aynur Tərlan qızının çəkdiyi rəsm işi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “İstedadlı uşaqlar festivalı-2018” müsabiqəsinə göndərilmişdir.
Hal-hazırda aşağıdakı müsabiqələr üzrə məktəb turları keçirilir:
– Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi Təhsil Nazirliyinin və 1 nömrəli Respublika Uşaq –“ Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Respublika Təsviri sənət müsabiqəsi;
– Təhsil Nazirliyinin və Respublika Uşaq –“ Gənclər İnkişafı Mərkəzinin təşkil etdiyi “Alovlu Qafqaz” müsabiqəsi adlı Uşaq Gənclərin II Folklor Rəqs və Yaradıcılıq festivalı;
Bu müsabiqələrin yekun nəticəsi olan işlər II Respublika mərhələsinə göndəriləcəkdir.
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etmiş rayonların komandaları arasında İntellektual Klublar Assosiasiyası “Nə? Harada? Nə zaman?” adlı yarışlar keçirir. Ənənəvi olaraq keçirilən yarışlarda rayonumuzun komandaları fəal iştirak edir və seçilən yerlər tuturlar. Şagirdlərimiz həm şimal, həm də qərb bölgələrində səfərdə olarkən, onların tarixi abidələri, coğrafiyası, iqtisadiyyatı və müasir inkişafı haqqında biliklərini genişləndirmişlər.
E-twinning layihəsi çərçivəsində Milli və Avropa “Keyfiyyət nişanı”na layiq görülmüş “Adət – ənənələrimizə səyahət” layihəsində şəhər 1 nömrəli tam orta məktəbin 4 nəfər şagirdi (rəhbər Şükufə Nəcəfova) qaliblər sırasında yer tutmuşlar.
Rayonumuzla Yaponiyanın İto şəhəri arasında bağlanmış dostluq müqaviləsi çərçivəsində hər il məktəblilərin qarşılıqlı dostluq səfərləri təşkil edilir. Şagirdlərimiz gündoğan ölkə ilə yaxından tanış olmaqla “İto yay festivalı”nda iştirak edirlər.
Milli-mənəvi dəyərlərimizin fəxri olan ana dilimizlə bağlı mütəmadi keçirilən tədbirlər də maraq doğurur. Təhsil müəssisələrimizdə “Mənim Qorqud dilim” başlığı ilə ədəbi-bədii gecələrin keçirilməsi artıq ənənə halını almışdır. Keçirilən digər tədbirlər də ana dilimizin ülviliyinin təsdiqinə xidmət göstərir.
Məlumdur ki, müasir dövrdə Azərbaycan dövləti və xalqı İslam Həmrəyliyində mühüm rol oynayır və İslam ölkələrinin haqq işini müdafiə edir.
Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunları yüksək səviyyədə keçirilmiş, İslam həmrəyliyinə böyük dəstək nümayiş etdirilmişdir. Multikulturalizm ilinin məntiqi davamı olan İslam həmrəyliyi ili ölkəmizin beynəlxalq müstəvidə demokratik, sivil və humanist mövqe tutmasından xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında 10 yanvar 2017-ci il tarixli Sərəncamının və 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin 10 fevral 2017-ci il tarixli 30 nömrəli sərəncamının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə İsmayıllı Rayon Təhsil Şöbəsinin Fəaliyyət Planı hazırlanmış və həmin plana uyğun tədbirlər həyata keçirilmişdir.
Həmin plana əsasən rayonun ümumtəhsil müəssisələrində bir sıra işlər görülmüşdür.
Şəhər 5 nömrəli tam orta məktəbində “İslam terrora yox deyir”, şəhər 6 nömrəli tam orta məktəbində İnsan Hüquqları Günü münasibətilə “İnsan hüquqları Aylığı” çərçivəsində “Dini etiqad azadlığı –“ multikulturalizm və tolerantlıq” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.
Plana uyğun olaraq şəhər 1, 2, 3, 4 nömrəli, Cülyan, Topçu, Hacıhətəmli, Qubaxəlilli kəndlərinin tam orta məktəblərində “İslam Həmrəyliyi: müasir şagirdlər və dini maarifləndirmə”, Lahıc qəsəbə, Tircan, Diyallı kənd tam orta, Gideyli, Göytəpə, Talış kənd ümumi orta məktəblərində “Yazılı abidələrimizdə islamı dəyərlər”, Talıstan kənd tam orta məktəbində “İslam mədəniyyətində həmrəylik”, “Dini radikallıq cəmiyyətin bəlasıdır” mövzularında söhbətlər təşkil edilmişdir.
Şəhər məktəblərində “İslam –“ sülh və barışıq dinidir” mövzusunda dəyirmi masalar keçirilmişdir.
Eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarına dəstəyin ifadəsi olaraq məktəblərdə bu oyunların əhəmiyyəti barədə geniş söhbətlər aparılmış, qazanılmış, nailiyyətlərin sosial şəbəkələrdə daha geniş yayılmasını təmin etmişlər.
Təhsil müəssisələrində böyüyən nəslin fiziki və hərbi hazırlığının, vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, yeniyetmə gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində yaddaqalan tədbirlər təşkil olunmuşdur.
Son illərdə “Şahin” hərbi idman oyunu “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, “Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışlarının rayon birinciliyində, zona və final yarışlarında komandalarımız bir qayda olaraq müvəffəqiyyətlə çıxış edirlər. Bu günlərdə şəhər 3 nömrəli məktəb-liseyin “Şahin” komandası Şamaxıda zona birinciliyinin qalibi olmuş, Respublika mərhələsinə vəsiqə qazanmışdır.
Ümumtəhsil müəssisələrində mütəmadi olaraq Şəhidlər xiyabanı və rayon ərazisində dəfn olunmuş şəhidlərin qəbirləri ziyarət olunaraq anım mərasimləri keçirilir.
Vətənpərvərlik tərbiyəsinin aşılanması ilə bağlı əksər məktəblərdə Azərbaycan Silahlı Qüvvələrindən tərxis olunmuş gənclərlə görüşlər təşkil olunur. Eyni zamanda Qarabağ müharibəsi iştirakçıları və müharibə veteranı olan polkovnik-leytenant Eynulla Bağırov və kapitan Taleh Nəcəfovla görüşlər xüsusi maraq doğurmuşdur.
Məktəblərdə milli qəhrəmanlara, şəhidlərə, müharibə veteranlarına aid stendlər, guşələr təşkil olunub. Heydər Əliyev Fondunun vəsaiti hesabına hazırlanıb yerlərə çatdırılmış tədris plakatlarının da vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyəti vardır.
Bundan əlavə, İvanovka məktəbində “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlər tərəfindən hərbi xidmətdə olan əsgərlərə məktublar yazılmış və Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlıq və igidliyə görə minnətdarlıq ifadə edilib.
Eyni zamanda Qarabağ savaşının qəhrəmanı Cəlal Rüstəmovun xatirəsinə tikilmiş bulaq –“ kompleks, aprel şəhidi Mikayıl Vahabzadənin qəbri ziyarət edilmişdir. Mikayılın təhsil aldığı Maçaxı, Tircan və Yeniyol kəndlərində şəhidin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.
Cəlal Rüstəmova həsr olunmuş “Atam mənə oğul deyib…”, Mikayıl Vahabzadəyə həsr olunmuş “Şəhidliyə aparan sevgi” kitablarının təqdimatı da şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli 2867 nömrəli sərəncamı ilə əlaqədar hazırlanmış fəaliyyət planını əsas tutaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını məktəblilər arasında təbliğ və tarixi şəxsiyyətlərimizlə tanış etmək, tariximizi sevməyi, onunla fəxr etməyi aşılamaq, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək məqsədilə əsaslı tədbirlər həyata keçirilmiş və bu iş il boyu davam edəcəkdir.
Təhsil müəssisələrində S.Mehmandarov və C.Naxçıvanskinin yubileyləri xüsusi təntənə ilə qeyd olunmuş, “Cümhuriyyət generalları” filminə kollektiv baxışlar təşkil olunmuşdur.
Əlaçı günü, Bayraq günü, Milli Dirçəliş günü, 20 Yanvar, Xocalı faciələri, Novruz bayramı münasibətilə keçirilən tədbirlər də çox əhəmiyyətli təsir bağışlamışdır.
Milli-mənəvi dəyərlərimizin xüsusi qolu musiqimiz, muğamlarımızdır. UGİM-də yaradılan dərnəklərin bu sahədə böyük əməyi vardır. Hər tədris ilinin sonunda keçirilən “İstedad sorağında” adlı ehtişamlı tədbir bunun bariz nümunəsidir.
Lakin müasir dövrümüzdə narahatlıq törədən bəzi məsələləri qeyd etmək yerinə düşərdi. Cəmiyyətimiz günü-gündən müasirləşir, kompyuter texnologiyaları insan həyatına daxil olur. Təəssüf ki, yeni nəsil müəyyən hallarda yaranmış imkanlardan düzgün və səmərəli istifadə etmir. Kompyuterdən oyun və əyləncə üçün istifadə onların sağlamlıqlarına mənfi təsir göstərməklə yanaşı, tərbiyənin də normal inkişafının qarşısını almış olur. Bundan əlavə, ölkədə yayımlanan bəzi televiziya kanalları milli-mənəvi dəyərlərimizə zidd olan müxtəlif mövzulu şou müsabiqələr və kommersiya məqsədli proqramlarla yetişən nəslin mənəviyyatına zərbə vurmaqla xalqımızın milli-mənəvi irsinin müəyyən aşınmaya məruz qalmasına səbəb olurlar. Bir çox ailələr çanaq antenası ilə dünyanın, xüsusilə də Türkiyənin bir çox kanallarını izləmək imkanları da əldə edir. Narahatedici məsələdir ki, bu kanallarda yayımlanan teleseriallar yeniyetmələrin, faydalı işə sərf oluna biləcək vaxtlarının boş və hədər getməsinə səbəb olur. Seriallara aludə olanlar gündəlik yayımlardan asılı vəziyyətə düşürlər. Ən faciəli məsələlərdən biri də odur ki, kiçik uşaqlar türkcə danışırlar. Bu da onların öz təhsillərinə, sağlamlıqlarına, səmərəli işə yetərincə vaxt sərf edə bilməmələrinə gətirib çıxarır. Buna görə gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq vacib məsələlərdəndir. Vaxtın dəyərləndirilməməsi göstərir ki, asudə vaxtın səmərəli bölüşdürülməsi məsələsində məktəblilər arasında maarifləndirmə işi lazımi səviyyədə aparılmır.
Bu və ya digər məsələləri nəzərə almaqla, orta məktəblərdə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, idmanın və fiziki işin təbliği gücləndirilməlidir. Г‡ünki fiziki baxımdan sağlam gənclərimiz torpaqlarımızın müdafiəsi, həm də milli adət-ənənələrin gələcək nəsillərə çatdırılması üçün daha böyük üstünlüklərə malikdirlər.
Milli-mənəvi dəyərlərimizin təbliği və tərbiyəsi bununla bitmir. Tarixi-memarlıq abidələrimizdən tutmuş, milli bayramlarımıza, adət-ənənələrimizə, etnoqrafiyamıza, dilimizə, dinimizə, gənclərimizin təlim-tərbiyəsinədək mədəni-mənəvi aləmimizin bütün sahələri daim diqqət mərkəzindədir. Məktəblərdə bu və ya digər mövzuda təşkil olunan bütün tədbirlər, konkret məqsədlərindən asılı olmayaraq, şagirdlərin əqli inkişafına, dünyagörüşünün genişlənməsinə, mədəni cəhətdən kamilləşməsinə xidmət etməlidir. Г‡ünki hər bir tərbiyəçi, əsl pedaqoq bir həqiqəti başa düşür: Özlərini vətən torpağının bir zərrəsi sayan gənc nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi, onlarda hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında, müstəqilliyimizin hazırkı dövründə gənc nəslin fəal vətəndaş mövqeyinin formalaşmasında, vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsində yorulmadan çalışmaq onun mənəvi borcudur.
Rəna Mirzəliyeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz