Jurnalist qardaşım, jurnalist bacım

Mətbuat günü münasibəti ilə

Halal zəhmətinə deyirəm əhsən,
Dağtək vüqarlısan, uca zirvəsən.
Arzumdur hər zaman öndə gedəsən,
Jurnalist qardaşım, jurnalist bacım!
Jurnalist qardaşım, jurnalist bacımSarıl qələminə bir əsgər kimi,
Üz tut zəfərlərə igid, ər kimi.
Г‡ağla bulaq kimi, coş Xəzər kimi,
Jurnalist qardaşım, jurnalist bacım!

Eli, obanı gəz sən qarış-qarış,
Г‡ətində möhkəm dur, bəxtinlə barış.
Bilmədin nə isti, nə qar, nə yağış,
Jurnalist qardaşım, jurnalist bacım!

Elin harayına hər an çatırsan,
Nə vaxt dincəlirsən, nə vaxt yatırsan?
Zəhmətin heç zaman olmayıb asan,
Jurnalist qardaşım, jurnalist bacım!

Asan görünən iş, əslində çətin,
Г‡ətinə dözməklə olmusan mətin.
Nə xoşdur qazanmaq el məhəbbətin,
Jurnalist qardaşım, jurnalist bacım!

Xoşbəxt, gülən görüm hər zaman sizi,
Qoruyun halalı, doğrunu, düzü.
Namərdin gülləsi tutmasın sizi,
Jurnalist qardaşım, jurnalist bacım!

Gözəl, xoş gününüz olsun mübarək,
Rəbbim olsun sizə hər işdə kömək!
Sizi alqışlayır sinəmdə ürək,
Jurnalist qardaşım, jurnalist bacım!
Xuraman Baxış

Şərh Yaz