İkinci görüş

Məmmədova Xatın Kamal qızı 1962-ci ildə İsmayıllı rayonunun Vaşa kəndində anadan olub. Bakı Yüngül Sənaye Texnikumunu bitirib. Şeirləri dövri mətbuatda, bir sıra jurnal və almanaxlarda dərc olunub. İkinci görüş                                 “Dağ çiçəkləri” ədəbi məclisi, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvüdür.
“Gözlərim dan yerində” şeirlər kitabı Xatın Qəmkar imzası ilə işıq üzü görüb.
“Ürəyimin işığı” şeirlər kitabı müəllifin oxucularla ikinci görüşüdür.
İlk kitabını oxuculara təqdim edən qələm sahibi yaradıcılığı davam etdirdikcə, sanki hər şeyi yenidən və daha yüksək məsuliyyətlə başlamış olur. Bunu elə Xatının “Gözlərim dan yerində” adlı kitabının çapından sonra qələmə aldığı şeirlərdən də hiss edirdim.
“Dağ çiçəkləri” ədəbi məclisinin növbəti toplantılarından birində imzasını Xatın Qəmkar kimi tanıdan istedadlı şairədən yazar dostlarının yeganə xahiş və tələbi bu oldu; qəmkar olmadan yaz, oxucuları nikbin şeirlərinlə sevindir, onları sabaha, daha uğurlu gələcəyə səslə.
İsmayıllı gözəl təbiəti ilə şair ruhlular üçün bənzərsiz yaradıcılıq meydanıdır. Bu gözəl məkanda əlinə qələm alan hər kəs Musa Yaqub məktəbinə qədəm qoyduğunu və sözün, sənətin ucalığını hiss edir, bu ucalığa diqqətlə yanaşır.
Birinci kitabının çapından sonra qələmini dincə qoymayan Xatının həyata baxışı dəyişməsə də, yaradıcılığa münasibəti yaxşı mənada xeyli dəyişmişdir. Bu məqamı yəqin ki, oxucular onun sadəlikdən, halallıqdan, sədaqətdən, Vətən sevgisindən süzülüb gələn şeirlərində görəcək və dəyərləndirəcəklər.
Şairə xanımın şeir dilinin sadəliyi, fikir və ifadələrin səmimiliyi, dəqiqliyi özünün şəxsi xüsusiyyətlərini əks etdirir.
Xatının dövri mətbuatda, almanax və ədəbi jurnallarda dərc olunan şeirləri onun çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olduğunu təsdiqləyir.
“İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin istedadlı üzvü olan Xatına yeni yaradıclıq uğurları arzulayıram.
Şahməmməd Dağlaroğlu,
Prezident təqaüdçüsü, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri, şair-publisist

Şərh Yaz