Kitaba və mütaliəyə sevgi

Kitabxanalar ölkənin mədəni və ictimai həyatında əsəs yerlərdən birini tutur. Kitabxanaların əsas məqsədi cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. Kitaba və mütaliəyə sevgi                   Uşaq və yeniyetmə mütaliəsi təkcə cəmiyyətin deyil, həm də ölkəmizin öz gələcəyinə olan münasibətin göstəricisidir. Kitaba və mütaliəyə sevgi aşılamağa lap kiçik yaşlardan başlamaq zəruridir.
Hər bir ölkənin gələcəyi böyüməkdə olan nəslin çiyinləri üzərinə düşür. Uşaqlar üçün yazılan əsərlər xeyirxahlı, mərd və cəsur qəhrəmanları, maraqlı süjet və kompozisiyası, sadə və aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Uşaq folklor antologiyasının banisi sayılan Firidun bəy Köçərli deyirdi: ”O millət ki, öz tarixini, vətənini, dilini sevir-bu qism əsərləri kamal şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyyəsinin onları oxutmaq ilə başlayır”.
Uşaqları mütaliəyə cəlb etmək üçün daha münasib və onların diqqətlərini cəlb edəcək üsullar seçərək İsmayıllı MKS-nın Uşaq şöbəsində növbəti tədbir təkşil olundu. Əməkdaşımız Tural Xalıqovun 2D variantında hazırladığı e-kitabxana proqramı qonaqlara təqdim olundu. “Nağıllar aləmi” virtual kitabxana proqramı böyük maraqla qarşılanaraq iki – rus və Azərbaycan dilində nümayiş etdirildi. Г‡oxsaylı tamaşaçılar tərəfindən alqışlanan tədbir bir sıra cizgi filmlərinin nümayişı ilə tamamlandı.
İnqa Namazova,
İsmayıllı rayon Uşaq kitabxanasının müdiri

Şərh Yaz