Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Sürətli və davamlı sosial-iqtisadi inkişafın nəticəsi olaraq ölkəmizin hər bir vətəndaşı, rayonun hər bir sakini, hər bir peşə, özəl iş sahibi çalışmasına görə layiq olduğu sosial həyatı yaşamaq imkanı əldə edir. Dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Dövlət qulluqçuların səmərəli fəaliyyəti, xalqa nümunəvi xidməti bu prosesdə böyük əhəmiyyət kəsb edir. Şərəfli, həm də məsuliyyətli peşə sahibləri –“ dövlət qulluqçusu adını daşıyan insanlar öz peşə bayramlarını uğurlarla qeyd edirlər.
Tədbir öncəsi Dövlət qulluqçularının bir qrupu rayon İcra Hakimiyətinin rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
İsmayıllıda 285 nəfər dövlət qulluqçusu çalışır. Hər biri də rayon miqyasında vəzifəsinə məsuliyyətli yanaşması, nümunəvi davranışı, ümumi inkişafa daha çox pay verməsi ilə seçilir. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təsis edildikdən sonra 10 nəfər bu təltifə layiq görülüb.
Bayram tədbirini giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün bunlardan ətraflı danışıb və iştirakçıları peşə bayramları münasibətilə təbrik edib.
Ailə və Uşaqlara dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, rayon prokuroru, ədliyyə müşaviri Ülvi Abbasov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Dövlət qulluğu veteranı Valeh Salehov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Qönçə Ağazadə dövlət qulluqçularını təbrik ediblər. RİH başçısının sərəncamı ilə bir qrup dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri, bir neçə nəfərə isə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fəxri fərmanlar verilib.
Gülər Baxışova

Şərh Yaz