MİLLİ QURTULUŞ – DÖVLƏTГ‡İLİYİMİZİN XİLASI GÜNÜ

Azərbaycan xalqının bugünkü firavan həyatının və daha xoşbəxt gələcəyinin əsası olan 15 İyun –“ Milli Qurtuluş Günü İsmayıllıda genişmiqyaslı, zəngin məzmunlu tədbirlərlə qeyd olunub. 14 iyun 2018-ci il tarixdə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş zirvə tədbiri keçirilib. MİLLİ QURTULUŞ - DÖVLƏTГ‡İLİYİMİZİN XİLASI GÜNÜ
 MİLLİ QURTULUŞ - DÖVLƏTГ‡İLİYİMİZİN XİLASI GÜNÜ     İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərini, həyatını və fəaliyyətini əks etdirən sərgiyə baxıblar.
Tədbiri RİH başçısı yanına Şuranın üzvü Zaur Muradov açıb. Azərbaycan Dövlət Himni səslənib və iştirakçılar tərəfindən oxunub. Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova “Azərbaycanın Milli Qurtuluş Günü dövlətçiliyimizin yaranmasının və xilasımızın əsasını təşkil edir” mövzusunda məruzə edib. Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramı münasibəti ilə iştirakçılara təbrik ünvanlayıb.
Şagirdlər Ümummilli liderin şərəfli adına həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin bədii hissəsi “Muğam axşamı”ndan ibarət olub. Şamaxıdan, Qobustandan və İsmayıllıdan olan muğam ifaçıları maraqla dinlənilib.
A.Bədəlov

Şərh Yaz