Cümhuriyyətin 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Xalqımızın tarixində əlamətdar günlərdən olan AXC-nin yaranmasının 100-cü ildönümü respublikamızda, eləcə də ölkəmizin hüdudlarından kənarda təntənəli şəkildə qeyd olundu.Cümhuriyyətin 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir            May ayının 26-da İsmayıllıda Azərbaycanın istiqlaliyyət gününün 100 illiyinə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirildi. Tədbirdə RİH-nin rəhbərliyi və aparat işçiləri, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri, ağsaqqallar və gənclər, ziyalılar, müharibə və əmək veteranları iştirak etdilər.
İlk növbədə iştirakçılar şəhər Mədəniyyət Mərkəzinin foyesində istiqlal tariximizi əks etdirən sərgiyə baxdılar.
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Ramiz Baloğlanov AXC-nin 100 illiyi ilə əlaqədar məruzə etdi.
Tircan kənd tam orta məktəbinin tarix müəllimi Gülyanaq Əliyeva, pensiyaçı tarix müəllimi Xalid Mürşüdov dövlətçilik tariximizdən, müstəqil Azərbaycan Respublikasının bugünkü yüksəliş və inkişafından, ümummilli lider Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirən cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs etdilər.
Bayrağa, dövlətə, tariximizlə bağlı bəzi məqamlara, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlərin, mahnıların ifası tədbirə möhtəşəmlik, mübarizlik ruhu gətirdi.
Qalınçaq kənd tam orta məktəbinin IX sinif şagirdi Nurcan Musayevanın qiraətçi professionallığı ilə təqdim etdiyi “Bayraq” şeiri bütün salonu ayağa qaldırdı.
İsmayıllılar tariximizin şərəfli Cümhuriyyət səhifəsindən gələn möhtəşəm bayram sevinci yaşadılar.
V. Salehov

Şərh Yaz