Əməkdaşlığa dair protokol imzalanıb

Mayın 23-25-də Г‡exiyada keçirilən Cənubi Г‡exiya Regionunun Tərəfdaşları Forumunda Azərbaycanı İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Əməkdaşlığa dair protokol imzalanıb                     AZƏRTAC xəbər verir ki, Foruma Qərbi Avropa, Г‡in, Rusiya və digər Asiya ölkələrindən qatılan nümayəndələr Cənubi Г‡exiya regionunun tərəfdaşları olaraq, bu region ilə gələcək əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Cənubi Qafqaz regionundan ilk olaraq Azərbaycanın İsmayıllı şəhəri Г‡exiyanın bu regionu ilə tərəfdaşlıq əlaqələri qurub.
Forumda çıxış edən Mirdaməd Sadıqov Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq arenadakı mövqeyi, eləcə də İsmayıllı rayonunun potensialı haqqında ətraflı məlumat verib. Bu ölkənin Cənubi Г‡exiya regionu ilə tərəfdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib.
Azərbaycanın Г‡exiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək ikitərəfli əməkdaşlıq münasibətlərinin mövcud vəziyyətindən və perspektivlərindən ətraflı bəhs edib. Səfir ölkəmizin regionlararası əməkdaşlığa, o cümlədən Cənubi Г‡exiya regionu ilə İsmayıllı rayonu arasında əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.
Daha sonra tədbir çərçivəsində Cənubi Г‡exiya regionunun qubernatoru xanım İvana Straska ilə Azərbaycan nümayəndə heyətinin görüşü olub. Söhbət zamanı hər iki ölkənin regionları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşün sonunda ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.
Həmçinin səfər çərçivəsində Cənubi Г‡exiya regionunda balıqçılıq və tibbi turizm sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib və əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, səfər Г‡exiyanın regionları ilə əməkdaşlıq əlaqələrinin inkişafı və dərinləşdirilməsi məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə təşkil olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Şərh Yaz