İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!
Sizin tərif sevmədiyinizi bilirik. Xalqa xidmət etməyi özünüzə vəzifə borcu hesab edirsiniz. Ancaq bir həqiqəti demək vacibdir ki, Sizin kimi xalqına yaxın olan, rəhbərlik etdiyi rayonun sakinlərinin qayğısına qalan məmurlara hər zaman rast gəlmək olmur.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova      Sərdahar kəndi unudulmuş, problemlər içərisində boğulub qalan, səsi heç yerdə eşidilməyən bir kənd idi. Mirdaməd Sadıqovun rayonumuzun başçısı təyin edilməsindən sonra vəziyyət tamamilə dəyişib. Uzun illər kənd yolsuzluqdan əziyyət çəkmiş, Girdiman çayı çoxlu fəlakətlərə səbəb olurdu. Məhz Mirdaməd Sadıqovun qayğısı nəticəsində kəndimizə ilk dəfə 6 km. lik yol çəkildi və sakinlərin Girdimanla bağlı problemi həll olundu.
Son zamanlar sel suları və digər təsirlərdən yolun əsaslı təmirə ehtiyacı yaranmışdı. Kənd ağsaqqallarının xahişini nəzərə alan hörmətli başçı yolun əsaslı təmiri üçün aidiyyəti qurumlara tapşırıq verdi. Qısa bir müddət ərzində yolumuz tam təmir edildi, gediş-gəliş normal vəziyyətə düşdü.
Möhtərəm cənab prezidentimiz İlham Əliyevin Sizə göstərdiyi etimadı bütün sahələrdə doğrultduğunuz kimi, Sərdahar kəndinin sakinlərinin xahişini nəzərə alaraq problemimizin həllinə tapşırıq verməyiniz də öz vəzifə borcunuzu layiqincə yerinə yetirdiyinizi, yüksək insani keyfiyyətlərə malik olduğunuzu göstərir. Rayonumuzda aparılan quruculuq-abadlıq işləri, iqtisadi inkişaf, mədəniyyət və digər sahələrə yaxından diqqət göstərməyiniz biz İsmayıllı rayon sakinlərinin çox şanslı olduğumuzu təsdiq edir.
Rayonumuzun və dövlətimizin inkişafı naminə xidmətləriniz hər bir rayon sakinini fərəhləndirir. Kəndimizin təmirə ehtiyacı olan yollarında təmir-bərpa işləri aparılması barədə verdiyiniz tapşırıqlara əsasən Sərdahar kəndinin keçilməz yolları bərpa olunub. Bu diqqət və qayğınız üçün Sərdahar kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı çatdırırıq.
Bütün işlərinizdə Sizə daha böyük uğurlar və nailiyyətlər, möhkəm cansağlığı və uzun ömür arzulayırıq.
Hörmətlə, Sərdahar kəndinin sakinləri adından:
Mübarək Aslanov

Şərh Yaz