Sakinlər diqqətlə dinlənilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Topçu inzibati ərazi dairəsinə daxil olan Buynuz kəndində sakinləri qəbul edib. Yüksək təhsil keyfiyyətləri və uğurlu nəticələri ilə həmişə fərqlənən Buynuz kənd tam orta məktəbində keçirilən qəbulda əvvəlki qəbul zamanı deyilənlərin icra olunmasını əsas tutan sakinlər onları narahat edən məsələlərlə əlaqədar RİH-nin başçısına müraciət ediblər.Sakinlər diqqətlə dinlənilib                   Kənd sakinlərinin fikrini ifadə edən müəllim Akif Zülfüqarov deyib ki, Göyçay çayından gələn sellər 50 hektara qədər əkin sahəsini sıradan çıxarıb. Г‡ayın axarına müdaxilələr də vəziyyəti gərginləşdirib. Sahilbərkitmə işləri, digər uyğun tədbirlər görülməsə, bu proses davam edəcək.
Elxan Şərifov da eyni məsələdən söz açıb. Bildirib ki, son sel onun taxıl sahəsini tamamilə aparıb. Xahiş edib ki, pay torpağı əvəzlənsin. Hər iki məsələ ilə əlaqədar bir daha dəqiq araşdırma aparıb, aid Respublika təşkilatlarına müraciət etmək qərara alınıb.
Buynuz kənd sakini Elman Məmmədov bildirib ki, özü İstisu məktəbində işləyir, tarix müəllimi olan həyat yoldaşı Buynuzdan 54 kilometr uzaqda olan Zeyvə məktəbində çalışır. Belə vəziyyətdə ailə, uşaqlar çətinlikdə qalır. E.Məmmədova məsləhət bilinib ki, Təhsil Nazirliyinə müraciət etsin.
Bir hissəsi narahat vəziyyətə gəlmiş Buynuz yolunun təmiri, uşaq bağçasının tikintisi, kənddə inzibati binanın olması da xahişlər sırasında olub.
İƏD-in tərkibində olan kiçik Şirvanmeşə kəndinin nümayəndələri birgə qəbul olunub və hər biri diqqətlə dinlənilib. Rayonun icra strukturlarının səlahiyyətində olan məsələlərlə əlaqədar tədbirlər hazırlayıb həyata keçirmək məsul idarə müdirlərinə tapşırılıb.
Valeh Salehov

Şərh Yaz