Kənd məktəbində şanlı tariximizdən danışılıb

Respublikamızın hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü –“ Respublika Günü təntənəli şəkildə qeyd olundu, ölkə Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası təmin edildi.Kənd məktəbində şanlı tariximizdən danışılıb
Kənd məktəbində şanlı tariximizdən danışılıb    İsmayıllıda da Cümhuriyyətin yüz illik yubileyi silsilə tədbirlərlə yüksək səviyyədə xarakter daşıdı.
Digər müəssisə və təşkilatlarda olduğu kimi, Gəndov kənd ümumi orta məktəbində də Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi maraqlı və məzmunlu tədbirlə qeyd olundu.
Müəllim və şagird kollektivinin, valideyinlərin, rayon İcra Hakimiyyəti aparatı nümayəndəsinin, YAP-sı üzvlərinin, təhsil işçilərinin, bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən tədbir məktəb şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirməklə başladı.
Təntənəli yubiley tədbirini giriş sözü ilə məktəbin direktoru Xuraman Qurbanova açdı, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin tarix müəllimi Günel Ələsgərova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Murad Məhərrəmov, YAP İsmayıllı rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımız öz milli azadlığının, müstəqilliyinin təməlini qoyulduğunu, qısa müddətdə həyata keçirdiyi tədbirlərlə milli dövlətçilik ənənələrimizin bərpasına nail olunduğunu qeyd etdilər. Bildirdilər ki, bu gün ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı, idarəetmə və diplomatiya sahəsində böyük bacarığa malik olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin əbədi xarakterini təmin edir.
RTŞ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov, metodisti Sədəf Mikayılova, bələdiyyə sədri Azər Bağırov müstəqillik tariximiz və ölkəmizin bugünkü inkişafı barədə danışdılar.
Şagirdlərin ifasında səsləndirilən mahnılar, söylənilən şeirlər, nümayiş etdirilən kompozisiya və slaydlar tədbiri daha canlı və maraqlı etdi.
Sonda məktəb rəhbərliyi tərəfindən bir qrup müəllim və şagirdə Fəxri fərmanlar təqdim olundu.
M.Məhərrəmov

Şərh Yaz