Qeyri-rəsmi məşğulluq müzakirə mövzusu oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 26 dekabr 2017-ci il tarixli 17-Ü saylı əmri ilə təsdiq edilmiş “2018-ci il ərzində keçiriləcək maarifləndirici tədbirlər” barədə qrafikə uyğun olaraq 13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən 25 may 2018-ci il tarixdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.Qeyri-rəsmi məşğulluq müzakirə mövzusu oldu
Qeyri-rəsmi məşğulluq müzakirə mövzusu oldu    İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında keçirilən tədbiri giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyev açıb. Natiqin açıqlamasından sonra “Əmək normaları, əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” mövzusuna 13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Qalib Nəbiyev aydınlıq gətirib.
Orta əmək haqqı və onun saxlanılması üzrə təminatlar” məsələsi baş əmək müfəttişi Sənan Orucov tərəfindən açıqlanıb. “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” ilə bağlı vəzifələr barədə məlumatları müfəttişliyin əməkdaşı Şahin Muradəliyev verib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov mövzu ilə bağlı əksər təşkilatların üzləşdiyi vacib məqamlara toxunub. İsmayıllı Tikiş fabrikinin icraçı direktoru Lətifə Əliyeva keçirilən maarifləndirici tədbirin əhəmiyyətini yüksək qiymətləndirib və bu səpkidən olan mövzulara vaxtaşırı müraciət etməyə üstünlük verib.
Fərdi sahibkar Əhməd Hacıyev məsələ ilə əlaqəli bəzi məqamlara qanuni şəkildə yenidən baxılmasının, əmək müqavilələrinin bağlanması şərtlərinin daha da dəqiqləşdirilməsinin vaxtı çatmış məsələ olduğunu diqqətə çatdırıb.
Tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Tədbir iştirakçıları aktual mövzunun müzakirəsinin təşkilinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyevə və 13 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Ramin İmaməliyevə təşəkkür ediblər.
Şahməmməd Soltanov

Şərh Yaz