Kürdmaşı məktəbində bayram tədbiri

28 May xalqımız üçün əziz gündür. 1918-ci ilin 28 mayında Azərbaycanın müstəqillik haqqında İstiqlal Bəyannaməsi qəbul edilib. Bu il AXC-nin yaranmasının 100-cü ildönümü bütün ölkədə, onun hüdudlarından kənarda qeyd olunur. Bu münasibətlə rayonumuzun bütün ərazi dairələrində, təhsil, səhiyyə və mədəni-maarif müəssisələrində, idarə və təşkilatlarında da silsilə tədbirlər həyata keçirilir.Kürdmaşı məktəbində bayram tədbiri     Kürdmaşı kənd tam orta məktəbində Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə məktəbin direktoru Məhəbbət Qurbanova açıb. Tarix müəllimləri Lamiyə Şirinova, Hafiz Mehdiyev İstiqlal Bəyannaməsi ilə həyata vəsiqə alan AXC barədə geniş məlumat veriblər. Г‡ıxış edənlər qeyd edib ki, AXC qədim dövlətçilik ənənələrimizi bərpa edib, demokratiyaya geniş yol açıb, milli, dini, irqi ayrı-seçkiliyi aradan götürüb.
Tədbirdə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, RTŞ-nin metodisti Xalid Allahverdiyev, Kürdmaşı bələdiyyəsinin sədri Tünzalə İsmayılova da iştirak ediblər.
RİH-nin nümayəndəsi M.Məhərrəmov rayon rəhbərliyi adından tədbir iştirakçılarını AXC-nin 100-cü ildönümü münasibəti ilə təbrik edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdiyini, müstəqil Azərbaycan dövlətinin əsasını qoyduğunu, Azərbaycan xalqına müstəqil yaşayıb inkişaf etmək yolunu göstərdiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Şagirdlər tərəfindən söylənilən şeirlər, nümayiş etdirilən kompozisiya və slaydlar tədbiri daha canlı və maraqlı edib.
Bəhruz Xələfov

Şərh Yaz