Yaşa! Yaşa! Г‡ox yaşa–¦

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il 28 aprel tarixində süqut etdi. Cümuhuriyyət süqut etdiyi gündən heç də öz fəaliyyətini dayandırmadı. Onun üzüvləri olan vətənpərvər oğulları öz ideyalarından dönmədilər. Bunu onların başqa ölkələrdə mühacirətdə olduqları zaman həyata keçirdikləri işlərdə tam aydın görmək olur. Yaşa! Yaşa! Г‡ox yaşa–¦     1923-cü ildə İstanbulda “Yeni Qafqazya” jurnalının nəşrə başlaması ilə Azərbaycan mühacirət mətbuatının əsası qoyuldu. Sonradan Türkiyənin İstanbul və Amerika şəhərlərində, Almaniyada, Polşada, Fransada çoxlu sayda qəzetlər, jurnallar, kitablar nəşr edilərək mühacirət mətbuatının dəyərli nümunələri olmuşdur.
Bu şəxsiyyətlərin məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını və incəsənətini dünyaya tanıtmaq idi.
Türkiyədə mühacirətdə olan M.Ə.Rəsulzadənin başçılığı altında yaradılan “Milli Mərkəz” xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni müdafiyə məqsədi ilə yaradılmışdır.
İkinci Dünya müharibəsi illərində, hətta, “soyuq müharibə” illərində belə Cumhuriyyət üzvləri mübarizələrini davam etdirmişdilər.
M.Ə.Rəsulzadə demişdir ki:
Tarixin yenə bir gözəl çağında,
Qaranlıq qış gedib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan istiqlala girəcək.
O inanırdı ki, AXC süqut etsə də, onun şüurlarda açmış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Doğrudan da 70 illik Sovet hakimiyyəti dövründə bu varislik ənənəsi unudulmamışdır.
Xüsusən ümummilli lider Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət xalqımızın tarixi mədəni yaddaşını özünə qaytardı.
Elə üçrəngli bayrağımız da Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet hakimiyyətinin mövcud olduğu 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olması barədə qərar qəbul etməsi də Ulu öndərin müstəqillik ideyalarına nə qədər bağlı olduğunu göstərirdi.
1991-ci il 18 oktyabrında dövlət müstəqilliyinin elan olunması Azərbaycanda yeni intibahın bünövrəsi idi. Heydər Əliyev demişdir ki: “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” . Yeni yaranan dövrdə Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu.
Bu gün Azərbaycanda gedən inkişaf prosesi, dövlətimizin dünyada artan nüfuzu da müstəqilliyimizin bərpasıdır.
Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən prezident İlham Əliyev “AXC-nin ensklopediyası”nı dövlət qayğısı ilə yüksək səviyyədə nəşr etdirdi. Prezidentimizin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tariximizin öyrənilməsinə, gələcək nəsilə çatdırılmasında böyük rolu olacaq.
Azərbaycanı qəlbən sevən, onun inkişafı üçün çalışan hər kəsi bu gözəl bayram münasibəti ilə təbrik edirəm.
Yaşasın Azərbaycan!!!
Gülyanaq Əliyeva,
İsmayıllı rayonu Tircan kənd tam orta məktəbinin tarix-coğrafiya müəllimi

Şərh Yaz