İstedad sorağında –“ 2018

İyunun 12-də İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında, “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı” üzrə Dövlət proqramına uyğun olaraq “İstedad sorağında-2018” devizi ilə istedadların ümumrayon toplantısı keçirilib.
İstedad sorağında –“ 2018
İstedad sorağında –“ 2018
İstedad sorağında –“ 2018
İstedad sorağında –“ 2018
Böyük marağa səbəb olan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, 100 nəfərə qədər müəllim, 50-dən artıq valideyn, 250 nəfər fəal şagirdin, həmçinin 10-dan artıq idarə və təşkilatın işçiləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirin bədii hissəsi istedadlı uşaqların hazırladığı geniş konsert proqramı ilə keçib və rəngarəng musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Rəsmi hissədə isə RİH başçısının müavini Sevil Əhmədova rayonumuzun şagirdlərinin sorağının təkcə Respublika paytaxtından deyil, bir sıra ölkələrdən də gəldiyini deyib. Qabaqcıl təhsil ənənələrinə malik olan İsmayıllının bu tədris ilində daha böyük uğurlar əldə etməsinin sevindirici hal olduğunu bildirib.
Tədbirdə çıxış edən RTŞ-nin müdiri Rasim Orucov ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, bugünkü nəaliyyətlər yalnız beynəlxalq və respublika miqyasında qazanılan uğurlardır. Bununla yanaşı rayon və zona müsabiqələrində qalib gəlmiş çoxsaylı məktəblilərimiz vardır.
R.Orucov daha sonra bildirib ki, Dövlət təhsil siyasətini uğurla həyata keçirir. Hər bir məktəbin, məzunun nailiyyətlərini bu və digər formada təqdir edir. “Təhsil bayramı” məzmunu və forması ilə daha çox seçilir.
Sonda müxtəlif nominasiyalar üzrə Beynəlxalq və Respublika müsabiqələrində qalib gələn 140 məktəbliyə Fəxri-fərman və qiymətli hədiyyələr təqdim olunub.
Gülər Baxışova

Şərh Yaz