Yaddas kitabcasi

Əmək yarmarkasının yekunları

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin İsmayıllı rayon Məşğulluq Mərkəzi rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə 24 may 2018-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində növbəti “Əmək yarmarkası” təşkil etmişdir. ”Əmək yarmarkası”nda İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, iş adamları və işaxtaran vətəndaşlar daxil olmaqla cəmi 492 nəfər iştirak etmişdir. Əmək  yarmarkasının yekunları
Əmək yarmarkasına 61 idarə, müəssisə, təşkilat və sahibkarlar tərəfindən 241 boş iş yeri təqdim edilmişdir. Vakansiya təqdim edən işəgötürənlərdən 39-u dövlət, 21-i qeyri-dövlət, biri isə fiziki şəxs olmuşdur. Əmək yarmarkasına çıxarılmış boş iş yerlərindən139-u fəhlə, 91-i qulluqçu, 11-i isə xidmət işçiləridir.
Təqdim olunmuş boş iş yerlərinə 103 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmişdir. Onlardan 36 nəfəri dövlət, 67 nəfəri isə özəl iş yerlərinə göndərilmişdir. Təqdim edilmiş boş iş yerlərində əmək haqqı 135 manatdan 310 manata kimi olmuşdur.
Yarmarkada 12 nəfər peşə təlimi kursuna göndərilmək üçün, 15 nəfər işaxtaran vətəndaş isə ictimai işə cəlb olunmaq üçün müraciət etmişdir.
“Əmək yarmarkası”nın gedişi televiziyanın “ARB”, “Xəzər” və “İTV” kanalları vasitəsilə yayımlanmışdır.
Q Abduləzizov,
İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktor əvəzi

Şərh Yaz