Əhalinin sanitariya-epidemioloji salamatlığının təminatı

Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Əhalinin sanitariya-epidemioloji salamatlığının təminatı
Əhalinin sanitariya-epidemioloji salamatlığının təminatı        Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Əhalinin sanitariya-epidemioloji salamatlığının təminatı
Əhalinin sanitariya-epidemioloji salamatlığının təminatı        İnsan hüquqları aylığı rayonumuzda əhalinin müxtəlif qurumları arasında da təbliğ olunur.
Ölkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasında da öz müsbət təsirini göstərməkdədir.
Səhiyyəmizin davamlı inkişaf strategiyasının tərkib hissəsi olan maddi-texniki bazanın gücləndirilməsi, yoluxucu xəstəliklərlə mübarizə sahəsində aparılan səmərəli işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmiş profilaktik və əks-epidemik tədbirlər ümumilikdə əhalinin sağlamlığının yaxşılaşdırılmasında əsaslı rol oynamışdır.
“Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji sağlamlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.
Əhalinin sanitariya-epidemioloji salamatlığı dedikdə ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halı nəzərdə tutulur ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli, zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
Yəni, ölkəmizin əhalisinin əsas hüquqlarından biri kimi nəzərdə tutulan əlverişli ətraf mühitdə yaşamaq hüququnun təmin olunması həmin mühitin amillərinin mənfi təsirlərinin aradan qaldırılmasından asılıdır.
Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk illərdən qəbul olunmuş “Sanitariya-Epidemioloji Salamatlıq haqqında qanun”la ölkə əhalisinə verilmiş bu hüququn, yəni, sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli mühitdə yaşamaq hüququnun möhkəmləndirilməsi üçün çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir.
İnsanı əhatə edən bioloji amillərin mənfi təsirindən qorunmaq üçün yoluxucu xəstəliklərin profilaktikası və yoluxucu xəstəliklərlə mübarizə sahəsində bir sıra qanunvericilik aktları, məsələn “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” qanunlar qəbul edilmiş, çoxsaylı qanunaltı sənədlər hazırlanıb təsdiq edilmişdir. Təsadüfü deyildir ki, ölkəmizin müstəqilliyi dövründə aparılmış geniş təşkilati və tibbi profilaktik tədbirlər nəticəsində əvvəllər ölkəmizdə çoxsaylı insanların düçar olduğu malyariya, poliomielit, difteriya, məxmərək kimi ağır xəstəliklərin qeydə alınması son illərdə müşahidə edilmir, peyvəndlə qarşısı alınan digər yoluxucu xəstəliklərin qeydə alınmasına isə nadir hallarda təsadüf edilir. Digər əksər yoluxucu xəstəliklərin isə dinamik azalması müşahidə olunur.
Vətəndaşlarımızın sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli mühitdə yaşamaq hüquqlarının təminatı üçün su təchizatı sistemlərinin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir.
Şəhərin və ona bitişik yaşayış məntəqələrinin su-kanalizasiya sisteminin və təmizləyici qurğunun yenidən quraşdırılması işləri “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilmişdir.
Layihədə nəzərdə tutulan içməli su və kanalizasiya xətlərinin çəkilişi tam başa çatmışdır. Təxminən 30 mindən çox əhaliyə gün ərzində şəhərin ayrı-ayrı ərazilərində quraşdırılmış 5 ədəd anbar vasitəsilə fasiləsiz keyfiyyətli içməli su verilir. Anbarların ətrafları mühafizə olunmuş və gözətçilər tərəfindən qorunur. Kanalizasiya-çirkab sularının təmizlənməsi üçün şəhərin qərb hissəsindəki təmizləyici qurğu istismara verilmişdir.
Odur ki, rayonumuzda əhalinin içməli-təsərrüfat su təchizatı və çirkab sularının zərərsizləşdirilməsi üzərində “Dövlət Sanitariya nəzarətinin gücləndirilməsi barədə” Səhiyyə Nazirliyinin 5 may 2010-cu il tarixli, 59 saylı əmrinə uyğun olaraq bir sıra tədbirlər həyata keçirmiş, əhalinin keyfiyyətli və epidemioloji cəhətdən təhlükəsiz təsərrüfat-içməli su təminatı məqsədi ilə rayonun kənd yaşayış məntəqələrindəki su mənbələrinin sanitariya norma və qaydalarına uyğun sağlamlaşdırılması üçün rayon İcra Hakimiyyəti başçısı müavininin sədrliyi ilə İƏD üzrə nümayəndələrin və həmin ərazilərin bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən toplantıda yuxarıda qeyd olunan məsələlər müzakirə edilərək onlara rəhbərlik etdikləri yaşayış məntəqələrindəki su mənbələrinin, anbarların və artezian quyularının mühafizə zonalarının yenidən qurulması və köhnəlmiş boruların dəyişdirilməsi barədə tapşırıqlar verilmişdir.
2017-2018-ci ilin ötən dövrü ərzində Eyyubbəyli, Xəlilli, Gideyli və Г‡ayqovuşan kəndlərində modul tipli sutəmizləyici qurğular fəaliyyət göstərir. Г‡ərmədil yaşayış məntəqəsinin su təminatı Zərdab rayonuna çəkilən içməli su xəttindən, Quşencə yaşayış məntəqəsinin içməli su təminatı isə artezian quyusu vasitəsi ilə yaxın vaxtlarda həyata keçiriləcəkdir. İstər şəhər, istərsə də kənd yaşayış məntəqələrinə əhalisinin istifadə etdiyi içməli sulardan vaxtaşırı su nümunələri götürülərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında bakterioloji və sanitar-kimyəvi müayinələrə göndərilir.
RİH-nin rəhbərliyi və rayon GEM-i bundan sonra da əhalinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək üçün tədbirlərini davam etdirəcəkdir.
Hörmətli İsmayıllı sakinləri! Yaşadığımız ətraf mühitin təmizliyi özümüzün və gələcək nəslimizin sağlamlığı üçündür. Təmizliyə riayət etmək hər birimizin borcudur. Г‡ünki İsmayıllımızı gözəl təbiətinə və təmiz havasına görə Azərbaycanın mirvarisi adlandırırlar.
X.Qəmbərov,
İsmayıllı GEM-nin direktoru

Şərh Yaz