Yaddas kitabcasi

Şəhidlərin xatirəsi əziz tutulur

İsmayıllı Rayon İcra Hakimiyyətinin və “Bacarıqlı Əllər Dünyası” ictimai birliyinin birgə təşkilatçılığı ilə adını daşıdığı şəhər 2 nömrəli tam orta məktəbində şəhid Ağahüseyn Aslanovun doğum gününə həsr edilmiş tədbir keçirilib.
Şəhidlərin xatirəsi əziz tutulur
Şəhidlərin xatirəsi əziz tutulur      İsmayıllı Rayon İcra Hakimiyyətinin və “Bacarıqlı Əllər Dünyası” ictimai birliyinin birgə təşkilatçılığı ilə adını daşıdığı şəhər 2 nömrəli tam orta məktəbində şəhid Ağahüseyn Aslanovun doğum gününə həsr edilmiş tədbir keçirilib.
Şəhidlərin xatirəsi əziz tutulur
Şəhidlərin xatirəsi əziz tutulur
Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, RTŞ-nin əməkdaşları –“ Şəfaqət Rəsulov, Ramiz Baloğlanov, Rəna Mirzəliyeva, rayon Gİİ-nin rəisi Taleh Salehov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, şəhidin ailə üzvləri, qohumları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə şəhidlərin – Ağahüseyn Aslanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Ramil Dadaşov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən, şəhidin şərəfli ömür yolundan danışıb, şagirdlərə tövsiyələrini verib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əmədova Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, Ağahüseyn Aslanovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirib. Şəhidin xatirəsinə həsr olunmuş “Eldən gedən oğul” kitabının müəllifləri Hacıməmməd Məmmədov və Şahməmməd Dağlaroğlu çıxış edərək bildiriblər ki, bu kitabın ərsəyə gəlməsi nə qədər çətin olsa da, bir o qədər qürurverici və şərfli bir iş olub.
Sonra məktəbin şagirdləri qəhrəmana həsr olunan şeirlər, nəsr parçaları söyləyib, mahnılar ifa ediblər.
“Bacarıqlı Əllər Dünyası” ictimai birliyinin təşəbbüsü ilə fiziki imkanları məhdud olan uşaqların şəhidlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. İctimai birlik üzvünün hazırladığı şəhid Ağahüseyn Aslanovun portreti ailə üzvlərinə təqdim edilib. Şəhidin oğlu keçirilən yüksək səviyyəli tədbirə görə rayon İcra Hakimiyyətinə və ictimai birliyin sədri Azadə Məmmədovaya dərin təşəkkürünü bildirib.
Gülnarə Mirzəliyeva

Şərh Yaz