Birincilər bayram tədbiri keçiriblər

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin 1 C sinfinin müəllimi Aytən Sədirovanın və musiqi müəllimi Surə Mehdiyevanın təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və dərs ilinin yekunlaşmasına həsr olunmuş bayram tədbiri keçirilib.
Birincilər bayram tədbiri keçiriblər    Birincilər Vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə, müəllimə, məktəbə, təhsilə aid şeirlər səsləndirib, mahnılar oxuyub, səhnəciklər göstəriblər.
Valideynlərin də fəal iştirak etdikləri və maraqla izlədikləri tədbir göstərdi ki, təşkilatçılar böyük əmək sərf edərək, yüksək səviyyəli bir bayram şənliyi ərsəyə gətiriblər.
Kimisə fərqləndirmədən qeyd etmək yerinə düşər ki, belə tədbirlər şagirdləri elə başlanğıcdan ictimai fəallığa, vətəni sevməyə, təhsilin məsuliyyətini dərk etməyə yönəldir.
Şəhanə Muradova,
məktəbin şagirdi

Şərh Yaz