Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə aparılır

İyunun 4-də İsmayıllının İvanovka kənd tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı Bölgəsi üzrə Şöbəsi və İsmayıllı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirib. Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə aparılır     Tədbirdə RİH-nin nümayəndəsi Bəhruz Xələfov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, İvanovka kənd tam orta məktəbinin direktoru Polina Radaeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Palina Radaeva mövzunun önəmindən bəhs edib və əhəmiyyəti barədə məlumat verib. Sonra Rahim Orucov və Elnur Mehdiyev narkomaniya ilə mübarizə və dini radikalizmin fəsadları, yaranma səbəbləri, ona qarşı mübarizə metodlarından danışıblar.
RİH-nin nümayəndəsi Bəhruz Xələfov çıxış edərək, bu cür tədbirlərin keçirilməsində məqsəddən, yeniyetmələr arasında sağlam həyat tərzinin və sağlam ruhun formalaşmasının təbliği, insanları zərərli vərdişlərə istiqamətləndirən səbəblərdən və onlardan uzaqlaşma yollarından danışıb, uşaqların hüquqlarının müdafiəsi, sosial problemləri eyni zamanda bu sahədə mövcud çətinliklərin aşkar edilməsi və aradan qaldırılmasının vacibliyini bildirib.
İşgüzar dialoq formasında müzakirələrlə tətbir yekunlaşıb.
E.Mehdiyev

Şərh Yaz