Qoşa ruhlar birlikdə şad olacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi 1-ci Qrant müsabiqəsində qaliblərdən biri də “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyidir. “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adlı filmin çəkilişı, layihənin icrası başa çatdırılmaq üzrədir. Qoşa ruhlar birlikdə şad olacaq      Layihə Gəncə və İsmayıllıda icra olunur. Layihədə şəhid olmuş gənc şairlərimizin həyatından bəhs edilir. Layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olmuş gənc şairlər haqqında film çəkməklə, onların adlarının əbədiləşdirilməsidir. Bu yolla vətənpərvərlik ruhunun gücləndirilməsinə, Qarabağın işğaldan azad edilməsi işində Azərbaycan dövlətinə dəstək verməyə çalışırıq. Layihənin icrasına Gəncə şəhərindən başlanılıb.
Gəncə şəhərində şəhid şairimiz Salmanov Aydın Arif oğlunun və İsmayıllıda Vahabzadə Mikayıl Yaqub oğlu haqqında film çəkilir.
1961-ci ildə Gəncə şəhərində dünyaya göz açmış Salmanov Aydın Arif oğlu 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə “Tərlan” adlandırdığı tankın içində yanaraq kül olub. Onun haqqında filmin çəkilişləri may ayının 13-15-də Gəncə şəhərində başa çatdırılıb.
1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olmuş, 2016-cı ilin aprel ayında Tərtər uğrunda gedən döyüşlərdə şəhid olmuş Vahabzadə Mikayıl Yaqub oğlu haqqında filmin çəkilişi isə iyun ayının 23-də reallaşıb. Г‡əkiliş qrupu şəhidin məzarını ziyarət edib.
Qeyd edək ki, şəhidlərimizin ali təhsil aldıqları Sumqayıt Dövlət Universiteti, Memarlıq və İnşaat Universitetində də çəkilişlər aparılacaqdır. Eyni zamanda, həmin universitetlərdə filmin təqdimatı da nəzərdə tutulur. Layihənin icrası uğurla davam etdirilir. Г‡əkilişlər başa çatdıqdan sonra Gəncə və İsmayıllı şəhərlərində filmin təqdimat mərasimləri keçiriləcəkdir.
Aybəniz Qafarova,
layihənin rəhbəri

Şərh Yaz