İsmayıllıda daha bir layihə icra olunub

İyunun 1-də “Hüquq Dünyası” Hüquqi Təbliğat ictimai birliyinin İsmayıllı RİH və RTŞ-nin birgə təşkilatçılığı ilə İsmayıllıda “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği” ilə bağlı layihə icra edilib.
İsmayıllıda daha bir layihə icra olunub     Layihənin icrasına rayonun tam orta məktəblərində çalışan məktəb psixoloqları, uşaq birliyi rəhbərləri, yuxarı sinif şagirdləri cəlb olunublar.
Rayon Uşaq kitabxanasında reallaşan tədbiri giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb, qonaqları və iştirakçıları rayon rəhbərliyi adından salamlayıb, layihənin əhəmiyyəti barədə danışıb.
Sonra layihənin təqdimatı olub. Layihə müəllifi Zaur Quliyev, “Hüquq Dünyası” Hüquqi Təbliğat ictimai birliyinin sədri Rafiq Alışov, ekspert Sona Davudova uşaq hüquqları, məktəb psixoloqlarının peşə fəaliyyəti, psixoprofilaktika barədə məlumat veriblər. Mövzu ilə bağlı slaydlar nümayiş olunub. Sonda məktəb psixoloqlarının sualları cavablandırılıb.
G.Mirzəliyeva

Şərh Yaz