Bayram yüksək səviyyədə qeyd olunub

1 İyun –“ Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ömrümüzün bəzəyi, gələcəyimiz olan uşaqlar üçün bu il “Günəş” istirahət mərkəzində bayram tədbiri təşkil edilib. Bayram yüksək səviyyədə qeyd olunub
Bağça yaşlı uşaqların, müəllim və şagirdlərin iştirak etdiyi tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RTŞ-nin müdiri Rasim Orucov, Rayon Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, eləcə də Mərkəzin əməkdaşları iştirak ediblər.
Uşaqları təbrik edən RİH başçısının müavini Sevil Əhmədova onlara göstərilən dövlət qayğısından, ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyini qeyd edib.
Tədbirdə iştirak edən kiçik yaşlı uşaqlar şeir və mahnılar söyləyib, istedad və bacarıqlarını nümayiş etdiriblər.
Bayram ərəfəsində respublikada keçirilən bədii gimnastika üzrə yarışlarda yer tutmuş qızlara, Gənclər və İdman İdarəsinin, o cümlədən tədbirdə fəal iştirak edən şagirdlərə Rayon Təhsil Şöbəsinin diplom və hədiyyələri təqdim edilib.
Güllübəyim Cərullayeva

Şərh Yaz