Cümhuriyyətə həsr olunmuş səhnələşdirilmiş əsər

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Cümhuriyyətə həsr olunmuş səhnələşdirilmiş əsər
Tədbirdə RİH-nin məsul işçiləri Gülər Baxışova və Gülnarə Mirzəliyeva, Ağdam şəhər 30 nömrəli tam orta məktəbinin müəllimləri, liseyin müəllim və şagird heyəti iştirak edib. Cümhuriyyətin 100-cü ildönümü ilə əlaqədar məktəbin tarix müəllimi Famil Əhmədzadənin rəhbərliyi ilə səhnələşdirilmiş Ənvər Məmmədxanlının “Babək” əsəri nümayiş etdirilib. Şagirdlər obrazları özünəməxsus şəkildə ifa ediblər. Sonda məktəbin direktoru və gələn qonaqlar çıxış edərək şagirdlərə ifalarına görə təşəkkürlərini bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz