Yaddas kitabcasi

“İnsan hüquqları aylığı” çərcivəsində tədbir

1998-ci il iyun ayının 18-də qəbul olunmuş “İnsan hüquqlarının müdaifəsinə dair Dövlət Proqramı” dövlətimizin ali məqsədinə nail olunmasında fundamental sənəd kimi mühüm yer tutur. Təsadüfi deyil ki, Dövlət Proqramının qəbul olunduğu gün – iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili, ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il mayın 18-dən iyunun 18-dək “İnsan hüquqları aylığı” elan edilir.“İnsan hüquqları aylığı” çərcivəsində tədbir         İsmayillı Rayon İcra Hakimiyyəti hər il olduğu kimi, bu il də “İnsan hüquqları aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirməkdə davam edir. İsmayıllı Regional Mədəniyyət Mərkəzinin iclas zalında “İnsan hüquqları və multikultural dəyərlər” mövzusunda keçirilmiş seminar-müşavirə belə tədbirlərdəndir.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Ağayeva açdı. Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin müdiri Könül Baxışova, Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov, bibloqrafiya şöbəsinin müdiri Nərgiz Əbilova çıxış edərək tədbir iştirakçılarına insan hüquq və azadlıqları, insan hüquqları və multikultural dəyərlər barədə ətraflı məlumat verdilər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Göyçək Rəhimova

Şərh Yaz