Yaddas kitabcasi

Təbliğat-təşviqat kompaniyası keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi may-iyun aylarında Bakı-İsmayıllı marşrutu üzrə “Mən Azərbaycan vətəndaşıyam” devizi altında təbliğat-təşviqat kompaniyası keçirməyə başlayıb. Təbliğat-təşviqat kompaniyası keçirilib       Kompaniya çərçivəsində 31 may 2018-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllıda “Multikultural dəyərlər və gənclik” mövzusunda mühazirələr dinlənilib, konsert proqramı təşkil edilib.
Rayon Gənclər Mərkəzinin iclas zalında keçirilən tədbirdə RİH başçısının müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Gənclər Təşkilatları Milli Şurasının proqram meneceri Samir Mehralıyev, rayon Gİİ-nin rəisi Taleh Salehov və 400 nəfərə yaxın gənc iştirak edib.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon Gİİ-nin rəisi Taleh Salehov açaraq qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb, keçirilən tədbirin məzmun və xarakteri barədə məlumat verib. Dövlətçiliyin, milli maraqların qorunmasının, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin gənclərdən aslı olduğunu diqqətə çatdırıb.
Dövlət Himni səsləndirilib.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov “Multikultural dəyərlər və gənclik” mövzusunda məruzə edib. Gənclər təşkilatları Milli Şurasının Proqram meneceri Samir Mehralıyev gənclərin milli ruhda tərbiyəsi, Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrilməsi barədə çıxış edib.
Gənc müğənnilərdən Ruhəngiz Musayevanıın, Mətanət Kərimlinin, Ruslan Alışanlının, Elvin Novruzovun, Nuranə Əsgərxanlının, Sənan Musəvinin ifalarında səsləndirilən mahnılar – maraqlı konsert proqramı tədbirə xoş ovqat, böyük ruh yüksəkliyi gətirib. “Can Azərbaycan” mahnısının sədaları altında
Dövlət Bayrağı səhnəyə gətirilib.
Namiq Kərimov

Şərh Yaz