Yaddas kitabcasi

Məktəblər arasında futbol birinciliyi

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi Rayon Təhsil Şöbəsi ilə birgə 24-25 may 2018-cı il tarixlərdə məktəblilər arasında 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar futbol üzrə birincilik keçirib.Məktəblər arasında futbol birinciliyi      Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov qeyd edib ki, İsmayıllı Gİİ Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar müxtəlif məzmunlu, müasir formalı tədbirlər keçirir. Məktəblilər arasında təşkil olunan futbol üzrə birincilik də belə tədbirlərdəndir.
Sonra yarışın baş hakimi Ramil Şirəliyev iştirakçılara oyunun qaydaları barədə məlumat verib.
15-ə qədər məktəb komandasının iştirak etdiyi yarışda Hacıhətəmli tam orta məktəbi I , Mollaisaqlı tam orta məktəbi II və şəhər 6 nömrəli tam orta məktəbinin futbolçuları III yeri tutub.
Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.
Xəyyam Məmmədov

Şərh Yaz