Potensialını yetərincə göstərə biləcək

Ceyhun Ağamalıyevin 12 yaşı var. Gözəl, saf təbiəti olan İsmayıllı rayonunun Qalınçaq kəndində doğulub. Bu mehriban kənd uşağı cəldliyi, çevikliyi ilə yaşıdlarından xeyli fərqlənir. İdmana bağlılığı da elə buradan qaynaqlanırPotensialını yetərincə göstərə biləcək    Yeni istedadlar sorağı ilə İsmayıllı Olimpiya-İdman Kompleksinin karate üzrə məşqçi-müəllimi Bayram Qəhrəmanov Ceyhunu Qalınçaq kənd tam orta məktəbində “kəşf” edib. 4 il əvvəl idmana cəlb olunmuş C.Ağamalıyevin bu gün 18 qızıl, 4 gümüş medalı var. Bu balaca hünər sahibi altıqat Respublika çempionudur.
Məşqçi-müəllim B.Qəhrəmanov yetirməsinin gələcəyinə çox ümidlidir, məşqlərin nəticəsi göstərir ki, yaxın gələcəkdə Ceyhun beynəlxalq yarışların çempionu adını qazanmaq potensialını yetırincə göstərə biləcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz