Sənə inanır, güvənirik

12-13 iyun tarixlərində Bakı şəhərində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib.
İsmayıllı Olimpiya-İdman Kompleksinin cüdo üzrə məşqçi-müəllimləri Əkbər Şəfaqətov və Nurlan Salmanovun gərgin əməyi sayəsində yetişən həmyerli idmançımız, şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Zəhra Mehdiyeva bu yarışda bütün rəqiblərinə qalib gələrək birincilik –“ ölkə çempionu adını qazanıb.
     Sənə inanır, güvənirik         Məşqçi müəllimləri onların zəhmət və inamını kifayət qədər doğruldan Zəhradan daha yüksək idman uğurları gözləyirlər. İnanırlar ki, Z.Mehdiyeva idmanın bu növü üzrə nüfuzlu beynəlxalq yarışlardan da qızıl medallarla qayıdacaq.
Sənə inanır, güvənir, yeni uğurlar diləyirik, Zəhra!
Nəbi Şahalıyev,
məktəbin müəllimi

Şərh Yaz