Şəkərli diabet xəstəliyinin yayılması, müalicəsi və profilaktikası haqqında fikirlər

Müasir dövrdə insanları narahat edən xəstəliklərdən biri də şəkərli diabetdir. Şəkərli diabet orqanizmdə insulin çatışmazlığı, mikro və makro damar fəsadları ilə özünü büruzə verən, müxtəlif orqan və toxumalarda digər patoloji dəyişikliklərlə müşayiət olunan xəstəlikdir. Bu xəstəlik dünya səhiyyə təşkilatlarının ciddi problemlərindəndir. Statistik məlumatlara görə hazırda yer kürəsindəki əhalinin 400 milyona yaxını bu xəstəlikdən əziyyət çəkir. Yaxın gələcəkdə bu rəqəmin 550 milyona çatacağı gözlənilir. Şəkərli diabet xəstəliyinin yayılması, müalicəsi və profilaktikası  haqqında fikirlər      Ümumiyyətlə, şəkərli diabet dövrün həyat tərzinə çevrilmişdir. Onu da qeyd edək ki, yuxarıda göstərilən rəqəmlər tibb müəssisələri tərəfindən qeydiyyata alınan xəstələrin say göstəricisidir. Gizli gedən, qeydiyyata alınmayan xəstələr hesaba alınarsa, göstərilən rəqəmlər xeyli arta bilər.
Şəkərli diabet erkən əlillik verməklə yanaşı, ürək-damar fəsadları yaratmaqla yüksək ölüm faizi verən xəstəlikdir. Mədəaltı vəzi tək endokrin vəzi olub, əsasən həzm fermentləri ifraz edir, həm də alfa, betta hüceyrələri insulin və qlukogen hormonları sintez edir. Delta hüceyrələri isə somatostatin sintez edir.
Böyük adamın mədəaltı vəzində 170 milyondan 200 milyona yaxın lanqerqans adacıqları var. Lanqerqans adacıqları ilk dəfə 1864-cü ildə Lanqerqans tərəfindən təsvir olunmuşdur.
Şəkərli diabetin müalicəsində ən böyük inqilab hələlik insulin pereparatının kəşfi ilə əlaqəlidir. Bu pereparat ilk dəfə 1923-cü ilin yanvar ayının 23-də kanadalı alim Fridrix Bantiq (1891-1941) tərəfindən səhiyyədə tətbiq olunub. Bu kəşfə görə F.Bantiq və işlətdiyi laboratoriyanın müdiri C.Makleod fiziologiya və səhiyyə üzrə “Nobel” mükafatına layiq görülüb.
İnsulinin kəşfi milyonlarla xəstəni ölümdən xilas etmişdir. Təbabət inkişaf etdikcə, insulinin digər sintetik variantları alınmışdır. Sonralar onlarla şəkərsalıcı dərmanlar və biqunidlər kəşf edilmişdir. Diabetin sosioloji ciddiliyi onun yaranma səbəbinin elmi axtarışlarını intensivləşdirməyi və patogenezinin əsas bəndlərinin aşkar edilməsini tələb edir.
Şəkər xəstəliyinin yayılma coğrafiyasına nəzər saldıqda bu xəstəliyin bəzi regionlarda daha çox, digər yerlərdə isə nisbətən az yayldığını görürük. Amma ümumilikdə, xəstəlik artmaqda davam edir.
Əvvəldə qeyd etdiyimiz kimi, şəkərli diabet xəstəliyi olan insanlar dövlət tərəfindən nəzarətə götürülür. Onlar şəkərsalıcı dərmanlar və qlukomerlərlə (qanda şəkərin səviyyəsini təyin edən aparat) pulsuz təmin olunurlar.
Şəkərli diabetlə xəstə olan insan yalnız orqanizmində şəkər səviyyəsinin qalxıb hiperqlikenik koma yaratmağı ilə xarakterizə olunmur. Bu xəstəlik ondan 4-5 il əziyyət çəkən şəxsin beyin damarlarında, göz dibində (retihopatiya) ürək-damar sistemində, qara ciyərdə, aşağı ətraf damarlarında anqiopatiya, aşağı ətrafların qanqerinası kimi əlamətlərə gətirib çıxarır. Şəkərli diabet insanların əmək qabiliyyətini və yaradıcılıq imkanlarını aşağı salan xəstəlikdir.
Şəkər xəstəliyinin yaranma səbəbləri haqqında sinir emosional, stres iltihab, infeksion və sair bu kimi müxtəlif elmi nəzəriyyələr var. Bu nəzəriyyələr ayrı-ayrılıqda heç də özünü doğrultmur. Fikrimcə, hər hansı bir xəstəlik, o cümlədən şəkərli diabet orqanizmdə elmə məlum olmayan faktor çatışmazlığı səbəbindən yaranır. Xəstəlik iki halda – faktorun çoxluğu və azlığı nəticəsində özünü büruzə verir. Şəkərli diabet xəstəliyində xəstəliyin törədici faktorunun azlığından və ya çoxluğundan yaranma səbəbi bizə hələ də məlum deyil. Əgər bu faktorları orqanizmdə aşkarlaya bilsək, onda şəkərli diabetin yaranma səbəbinin qarşısını almağa müvəffəq olarıq. İllərlə elmi tədqiqatlar aparılsa da, bu sahədə bir irəliləyiş əldə olunmamışdır.
Kifayət qədər təcrübəyə malik bir həkim kimi, uzun illər məni düşündürən, cavabını axtardığım suallardan biri də şəkərli diabet xəstəliyinin yaranma səbəbləri və qarşısının alınması –“ müalicəsi məsələsidir.
Г‡alışmaq lazımdır ki, elmə məlum olmayan bu faktorları orqanizm özü tapsın, bir qədər açıq desək, xəstəliklə mübarizəni orqanizm öz üzərinə götürsün.
Xatırladım ki, insan orqanizmini öyrənən alimlər (herintoloqlar) D.Mendeleyevin cədvəlində olan elementlərin təqribən 85 faizə qədərinin insan orqanizmində olması qənaətinə gəliblər (güman olunur ki, bu faiz rəqəmi artıq da ola bilər). Təbiətdə olan bu elementlər orqanizmin strukturunda müəyyən qanunauyğunluqla yerləşib və hər bir elementin orqanizmdə özünəməxsus funksiyası vardır. Təəssüf ki, adi laborator müayinələr və yaxud digər yüksək müayinə metodları orqanizmdə bu maddələrin hansı qanunauyğunluqla yer tutmasını hələ də dəqiqləşdirə bilməmişdir.
İnsan orqanizmini üzvi quruluş kimi qəbul edib, onun fəza quruluşunu gözümüzün önündə canlandıra bilsək, o zaman həmin maddələrin orqanizmdə hansı nahiyyədə və hansı nöqtədə yerləşdiyini görərik. Məhz belə bir vəziyyətdə biz təsəvvür edərik ki, bu maddələrin çatmaması və ya artıq olması bu və ya digər xəstəliyin yaranmasında faktor rolunu oynayır.
Şəkərli diabet xəstəliyinin qarşısını almaq və onun artma tempinin azaldılması üçün aşağıda göstərilən prafilaktik tədbiri 30 yaşından yuxarı olan bütün xəstələrə ildə iki dəfə tətbiq etmək lazımdır.
Bir qədər öncə qeyd etdiyim kimi, alimlərin apardığı tədqiqatlar D.Mendeleyev cədvəlində olan elementlərin insan orqanizmində olmasını sübuta yetirib. Bu elementləri xalis tərkibdə (radioaktiv maddələr istisina olmaq şərti ilə), insanın sərbəst yerləşə biləcəyi xüsusi futliyarda, bədənlə təmasda ola biləcək şəkildə, ayrı-ayrı yuvacıqlarda yerləşdirməklə xəstə orqanizmə mənimsətmək mümkündür.
Bu profilaktikanının şəkər xəstəliyinə tutulanlar və tutula bilmə ehtimalı olan insanlarla aparılması zəruridir. Müalicə seansları üçün vaxtın 45-60 dəqiqə olması və 15-20 gün davam etdirilməsi gözlənilən nəticəni verə bilər. Bu seanslar müalicə müəssisələrində, ambulatoriyalarda, sanator-kurort müəssisələrində, xəstəxanalarda, fizioterapiya kabinetlərində aparıla bilər. Bu cür seansların aparılması nəticəsində insan orqanizminin özü bədəndə xəstəlik yaradan faktoru mənimsəmiş olur. Bir qədər əvvəldə də qeyd etmişdik ki, xəstəlik hər hansı faktorun çoxluğu və ya azlığı səbəbindən yaranıbsa, orqanizm onun antiqonistlərini mənimsəməklə çoxluq və ya azlıq təşkil edən faktoru normal səviyyəyə sala bilər.
Fərdlərin bəzisində dərinin sorma qabiliyyəti zəif olur. Belə hallarda dərinin sorma, mənimsəmə qabiliyyətini artıran xüsusi maddələrdən (ksenoblastlardan) istifadə edilməlidir. Bu maddəni dəri səthinə sürtməklə onun mənimsəmə qabiliyyətini artırmaq olur.
Futliyar içərisinə mötədil hərarət vermək məqsədəuyğundur.
Şahmurad Şirəliyev,
Əməkdar həkim, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin həkimi

Şərh Yaz